16 Dekabr 2017, Şənbə - 15:13

D.Kvyat: “Yarış tempimiz Ferrari-yə yaxındır”

D.Kvyat: “Yarış tempimiz Ferrari-yə yaxındır”

Müəllif: Rauf Hacıyev, redaktor

08:28 - 13 İyul, 2016

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, onlar Britaniya yarışında xala layiq olubar və həftəsonu boyu çətinlik çəkən Ferrari-yə yarış tempində çatıblar…

F-1.az xatırladır ki, rusiyalı sürücü yarışı komanda yoldaşı Karlos Saynsdan və Ferrari sürücüsü Sebastyan Fetteldən geridə – 10-cu yerdə bitirmişdi. Beləliklə, Kvyat Toro Rosso-ya transfer olunduqdan sonra ikinci dəfə xal qazanmışdı.

Daniil Kvyat: “Xal almaq üçün mübarizə apardıq. Məncə, bu həftəsonu daha çox xala layiq idik. Cümə günü sərbəst yürüşlərdə yarış tempində güclü idik. Bazar günü keçid təkərləri ilə yarışa başladıqdan sonra Medium təkərlərə keçdik və yarışın sonuna qədər problem yaşamadıq. Məncə, yarış tempimiz Sebastyan Fettelə yaxın idi. Bu trasda Ferrari-nin tempinə yaxın ola biliriksə, bu yarış pis yarış deyil. Amma indiyə qədər özümü pis hiss etmədim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , , ,
Paylaş

logo