D.Kvyat: “Sayns dostum deyil”

Toro Rosso komandasının rusiyalı sürücüsü Daniil Kvyat bildirib ki, komanda yoldaşı Karlos Saynsla problemi olmasa da, onlar yaxın dost deyillər.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il İspaniya Qran Prisindən əvvəl Red Bull komandasından Toro Rosso-ya göndərilmiş və Karlos Saynsın komanda yoldaşı olmuşdu. Kvyat keçən il ispaniyalı komanda yoldaşından çox geridə qalsa da, bu il keçən ilə nisbətən formada görünür.

Qeyd edək ki, Red Bull gələn il Pyer Qaslini Toro Rosso komandasında yarışdırmaq istəyir. Bunun üçün Kvyat və ya Sayns komandadan getməlidir. Buna görə də bu cütün bir-birinə qarşı performansı çox vacibdir.

Daniil Kvyat: “Səmimi deyirəm. Karlosla əsla dost olmadıq. Yaxşı münasibətimiz var və bir-birimizə hörmət edirik. Həmişə söhbət edirik. Amma trasda bir-birimizlə mübarizə aparırıq və indiyə kimi problem yaşamamışıq. Ümid edirəm ki, bu cür davam edərik, ancaq bu idmanda hər şey mümkündür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*