D.Kvyat Red Bull ailəsindən ayrılır?

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat 2017-ci ildə Red Bull ailəsindən ayrılaraq, başqa komandaya keçə biləcəyini deyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü bu mövsüm qəzaları ilə yadda qalır. Kvyat Rusiyada Fettellə insident yaşadıqdan sonra, Monakoda Renault komandasının sürücüsü Maqnussenlə də insident yaşayıb.

Kvyat bildirib ki, mövsümün sonunda Red Bull ailəsi ilə yollarını ayıra bilər: “Bəli, başqa komandaya gedə bilərəm. Bu həftə bir neçə komanda ilə danışıqlar apardım, ancaq hazırda Toro Rosso üçün əlimdən gələni etmək üçün fokuslanmışam. Komanda üçün əlimdən gələni etmək istəyirəm, amma sizin üçün hər şey pis getməyə başlayarsa, vəziyyəti xeyrinizə dəyişdirmək istəyərsiniz.

Ümumilikdə, işləri özbaşıma həll etməyə çalışıram. Amma kiməsə ehtiyacım olanda, məni dəstəkləyən adamların olmasını istəyərəm. Əgər kiməsə ehtiyacım olsa, onu Red Bull komandasının xaricində axtarmalı olacam.

Hər şeydən əvvəl yarışlara fokuslanmaq istəyirəm. Toro Rosso ilə yaxşı nəticələr qazanmaq istəyərəm, çünki yaxşı nəticələr qazansanız, işləriniz daha asan olur.

Hələ heç bir şey dəqiq deyil. Danışılası bir şey olsa, komanda ilə danışacam və mətbuata deyiləsi sözüm olsa, sizi xəbərdar edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*