D.Kvyat: “Maqnussen özünü mənə çırpdı”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, İspaniyada Maqnussen ilə insidentin günahkarı danimarkalı sürücüdür.

F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniya yarışının son dövrələrində 9-cu yer uğrunda Maqnussenlə mübarizə aparmış və ötmə zamanı Haas komandasının sürücüsü ilə təmas yaşamışdı. Bu təmasın nəticəsində danimarkalı sürücünün təkəri partlamış və xalsız qalmışdı.

Daniil Kvyat: “Döngəyə gələndə təxminən 1 saniyə öndə idim, amma Kevin üstümə sürdü və təmas etdik. Lakin hadisədən sonra onunla danışmaq lazımdırmı, bilmirəm. Səhv hərəkət etmədim və bu barədə danışılacaq bir şey yoxdur. Çox çətin yarış idi. 19-cu yerdən başlasaq da, hər iki bolidlə xal ala bildik. Bolid şənbə gününə nisbətən yaxşı idi. Ümid edirəm ki, növbəti yarışda da uğurlu olarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*