D.Kvyat: “B və C planlarım var”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, Amerika yarışının karyerası üçün son olub-olmadığını bilmir.

F-1.az xatırladır ki, rusiyalı sürücü bu mövsüm bərbad performans göstərmiş və Malayziya yarışından əvvəl komanda onu Qasli ilə əvəzləmişdi. Amma Karlos Saynsın Renault komandasına transfer olunması ilə Kvyat ABŞ-da yenidən sükan arxasına keçmək fürsəti tapıb.

Daniil Kvyat: “Bu həftəsonu sadəcə yarışıma fokuslanmaq istəyirəm. Hadisələrin ədalətli olub-olmadığını bilmirəm. Onsuz da bunu düşünməyin faydası yoxdur. Düşünürəm ki, potensialım burada olmaq üçün bəs edir. Buna görə rahatam. Yaxşı işlər görərək, bəzi səhvlərimi kompensə etmək istəyirəm. Red Bull ilə danışıqlar aparacam. Təbii ki, bu, qapalı qapılar arxasında olacaq və bilmirəm ki, siz bundan nə qədər məlumat alacaqsınız. Red Bull-la müqaviləm iki ilə bitəcək və ondan sonra ehtimalları görəcəyik. Həmişə B və ya C planlarım var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*