D.Kvyat 2017-ci ildə çempion olacaq

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Daniil Kvyat 2017-ci ildə qələbə və titul uğrunda mübarizə apara biləcək...

F-1.az xatırladır ki, Daniil Kvyat 2014-cü ildə Toro Rosso komandasında debüt edib. Rusiyalı sürücü ilk mövsümündə özünü yaxşı tərəfdən göstərib və 2015-ci ildə Red Bull komandasında Sebastyan Fetteli əvəz edib.

Frants Tost eks pilotu barədə fikirlərini bildirib: “Əgər mən böyük bir komandanın rəhbəri olsaydım, Kvyatı 2017-ci il üçün komandama transfer edərdim. Çünki o, 2017-ci ildə qələbə qazanmaq və çempionluq mübarizəsi aparmaq potensialına sahib olacaq. Mən buna inanıram.

Qələbə qazanmaq və çempionluq mübarizəsi aparmaq üçün potensialı var. GP3-də olduğu kimi. Orada da mövsümün sonunda çoxlu yarış qazanıb, Dünya Çempionu oldu. Orada mövsümün ortasından etibarən işlər daha da çətinləşir.

Onda bütün keyfiyyətlər var və zehni cəhətdən də çox güclüdür.

Artıq mən inanıram ki, o, Formula1-də də çempion ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*