D.Kulthard: “Bottas özünə inanmalıdır”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Bottas özünə inanmalıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son 5 yarışda komanda yoldaşı Həmiltonun tempinə cavab verməkdə çətinlik çəkir.

Devid Kulthard: “McLaren-də komanda yoldaşım Mika olanda mən də eyni vəziyyətdə idim. Çətin günlər keçirdirdim. Valtteri Lyuislə arasındakı fərqin səbəblərini anlamalıdır. Bunu etsə, fərq bağlanar. Valtteri sürətli pilotdur, amma çox sakitdir. Karyerasını düşünməlidir və buraya necə gəldiyini xatırlayaraq, inanmağa davam etməlidir. Hazırda hər şey onun üçün çətindir və onu başa düşürəm. Amma bu həyatdır və çətinlikləri dəf etməlidir. Çünki komanda yoldaşı Dünyanın ən sürətli pilotlarından biridir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*