D.Koton: “Bottasın Williams-la işi bitməyib”

Valtteri Bottasın meneceri bildirib ki, finlandiyalı sürücü Williams-la yarışmağa davam edə bilər...

F-1.az xatırladır ki, Bottas Williams-da göstərdiyi güclü performansa görə Ferrari-nin maraq dairəsinə düşmüşdü, amma finlandiyalı sürücü ən azı bir il də britaniyalıların heyətində çıxış edəcək.

Didye Koton (Valtteri Bottasın Meneceri): “Valtteri Bottas mövsümün əvvəlindən Williams-da qalmaq istəyir və bu barədə çox israrlıdır. Hər iki tərəfin də yarımçıq qalmış işləri var və komanda mümkün olduqca çox işləyir. Valtteri Williams-ın heyətində qələbələr qazanmaq istəyir və komandanın da məqsədi eynidir. Hər ikisi də buna nail olmaq istəyir. Williams böyük komandadır və böyük potensialları var. Onlar son iki ildə nəyə qadir olduqlarını göstərdilər və daha artığını edəcəklərinə əminik. Williams ona sahib olduğu üçün çox xoşbəxtdir. Danışıqlar üçün tələsmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*