D.Hill Rosberqin 2016-cı ildə ən qəzəbli sürücü olacağını düşünür…

Sky Sports-un əməkdaşı, sabiq dünya çempionu Deymon Hill bu il Niko RosbACerqin çempionluq şanslarını yüksək qiymətləndirir.

F-1.az xatırladır ki, Deymon Hill 1994-cü və 1995-ci illərdə Mixael Şumaxer çempion olarkən 2-ci olmuş, 1996-cı ildə isə yeganə çempionluğunu əldə etmişdi.

Hill Niko Rosberqin də onun izi ilə gedə biləcəyini hesab edir. O öz təcrübəsinə əsasən düşünür ki, ardıcıl iki il 2-ci yeri tutmaq pilotu daha istəkli, daha ciddi mübarizə aparmağa sövq edir.

Qeyd edək ki, Deymon Hill 1962-ci və 1968-ci illərdə çempion olmuş Qrəhəm Hillin oğludur. Onlar çempion ola bilən yeganə ata-oğuldurlar. Keke Rosberq də 1982-ci ildə çempion olub. Niko titul qazanarsa, Rosberq ailəsi Hill ailəsinin uğurunu təkrarlayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*