D.Hill: “L.Həmilton düşünməlidir”

Sabiq Formula1 sürücüsü Deymon Hill dördqat Dünya Çempionu Lyuis Həmiltonun müqavilə üçün düşünəcəyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Lakin “gümüşü oxlar” yeni mövsümə uğurlu start verməyərək, ilk 3 yarışda qələbəsiz qalıblar. Qeyd edək ki, 2014-cü ildə turbo erası başladıqdan sonra Almaniya komandası ilk dəfə belə halla qarşılaşır. Əksəriyyət düşünür ki, Formula1-də yenidən Ferrari erası başlayır.

Deymon Hill: “Əgər yeni era başlayırsa, Lyuis Həmilton Mercedes-lə müqaviləni yeniləməmişdən əvvəl düşünəcək. Bütün sürücülər ən güclü komandada olmaq istəyərlər. Bu, imperiyaların yüksəlişi və çöküşü kimidir. Bəlkə də, Mercedes-in dövrü artıq bitir və Ferrari erası yenidən başlayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*