19 Noyabr 2017, Bazar - 01:27

D.Hill: “Həmilton ən güclü sürücülərdəndir, amma…”

D.Hill: “Həmilton ən güclü sürücülərdəndir, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

18:15 - 02 Noyabr, 2017

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, Həmilton ən güclü sürücülərdən biridir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışını 9-cu bitirsə də, karyerasının 4-cü çempionluğunu əldə edib və bu statistikada sadəcə Mixael Şumaxer və Xuan Manuel Fanxiodan geri qalır.

Deymon Hill: “Lyuis Formula1-də yarışan ən böyük və ən istedadlı sürücülərdəndir. Ən sürətli və ən uğurlu sürücülərdəndir. Bu idmanda onun kimi az sürücü var. Bu sürücülərdən biri də atam Qrəhəm Hilldir. Amma ağlıma Xuan Manuel Fanxio, Mixael Şumaxer, Ayrton Senna və Alen Prost gəlir. Lakin köhnə sürücülərlə müqayisə doğru deyil. Çünki keçmiş dövrlə indiki dövr eyni deyil. Hazırda daha çox yarış keçirilir və daha təhlükəsizdirlər. Sürücülərin karyeraları daha uzun olur. Müasir bolidlər etibarlı və təhlükəsizdirlər. Buna görə də bilmirəm ki, statistika cəhətdən necə müqayisə edim. 50-ci, 60-cı, 70-ci illərin özlərinə görə xüsusiyyətləri var. Ən güclü sürücünün kim olduğunu demək çətindir.

Həmilton işi ilə həyatını balansda tutdu. Formula1-dən kənarda da özünə həyat qurdu. Beləliklə idman onu bezdirmədi. O, özünü yaxşı hiss edəndə istedadını ortaya qoya bilir. Amma pis şəraitdən tez təsirlənir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 156
Teqlər , ,
Paylaş

logo