D.Hill: “Ferstappen özünü yaxşı aparmır”

Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill bildirib ki, Maks Ferstappen radio ilə danışarkən diqqətli olmalıdır.

F-1.az xatırladır ki, Monako yarışında Red Bull komandası Ferstappeni tez pit-stopa çağırsa da, 19 yaşlı sürücü pit çıxışında komanda yoldaşı Rikkardonun arxasına düşərək, podiumu əldən vermişdi. Hollandiyalı sürücü bundan sonra yarış ərzində radiodan komanda üzvlərinə sərt sözlər demişdi.

Deymon Hill: “Formula1-də bütün sürücülər bilirlər ki, onların radio danışıqlarını hamı eşidir. Buna görə də sözlərinə fikir verməlidirlər. Maks isə Monakoda komandasına xoşagəlməz sözlər dedi. Unutmamalıdır ki, ona televizordan çoxlu gənc baxır.

Monako yarışı Ferstappen üçün çox önəmli idi. Oradan çox şey öyrəndi və bundan sonrakı yarışlara onları tətbiq edəcək. Yaşına görə güclü sürücüdür və karyerası ərzində çoxlu uğurlar qazanıb. Ümid edirəm ki, mövsümün sonuna qədər Red Bull da mübarizəyə qoşular və həyəcan artar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*