Ç.Uaytinq: “Fettelin ötməsi qaydalara uyğundur”

FİA-nın yarış direktoru Çarli Uaytinq Braziliya Qran Prisində Sebastyan Fettelin Jan Erik Verni sarı bayarqlar altında ötməsi barədə qalmaqalı şərh […]

FİA-nın yarış direktoru Çarli Uaytinq Braziliya Qran Prisində Sebastyan Fettelin Jan Erik Verni sarı bayarqlar altında ötməsi barədə qalmaqalı şərh edib. Uaytinq iddia edir ki, Red Bull sürücüsü rəqibini qaydalar çərçivəsində qabaqlayıb…

Çarli Uaytinq: “Əgər marşalın yanında elektron tablo yoxdursa, onda sürücülər gördükləri siqnala reaksiya verirlər. Fettelin hadisəsində sarı işıqlı elektron tablo ilə yaşıl işıqlı elektron tablo arasında yaşıl bayraq yelləyən marşal dayanmışdı.

Braziliyada həmin düzlükdə bu məsafə 350 metrdir. Fettel gördüyü yaşıl bayrağa reaksiya verib və qaydalar daxilində hərəkət edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*