19 Dekabr 2018, Çərşənbə - 15:39

C.Styuart: “Həmilton Mercedes AMG-yə keçməklə risk edib”

C.Styuart: “Həmilton Mercedes AMG-yə keçməklə risk edib”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:43 - 15 Yanvar, 2013

Ceki Styuartın fikrincə, Lyuis Həmilton Mercedes AMG komandası ilə müqavilə bağlamaqla ciddi rusk edib, çünki 2008-ci ilin dünya çempionunun karyerasının […]

Ceki Styuartın fikrincə, Lyuis Həmilton Mercedes AMG komandası ilə müqavilə bağlamaqla ciddi rusk edib, çünki 2008-ci ilin dünya çempionunun karyerasının gələcəyi naməlum ssenari üzrə inkişaf edə bilər.

Styuart hesab edir ki, Daimler-Benz konserninin rəhbərliyi Formula1-dən getməyə istənilən an qərara ala bilər – buna səbəb qarşıdakı mövsümün uğursuz startı ola bilər, ona görə də Həmiltonun yerinə onun azarkeşləri narahatdırlar…

Ceki Styuart: “Məncə, Ross Braun gözəl insandır, Daimler-Benz isə avtoidman tarixində ən yaxşı şirkətlərdən biridir. Amma şirkət rəhbərliyi zavod komandasından qələbə gözləyir.

Fərq eləməz, lap Stirlinq Moss, Xuan Manuel Fanxio və ya Rudolf Karaççiola və ya 30-cu illərin başqa dahi sürücüləri olsun, amma əgər onlar Mercedes-in sükanı arxasında çıxış edirdilərsə, deməli, mütləq qələbə qazanmalı idilər. Əgər bunu edə bilmirdilərsə, komanda çempionatı tərk edirdi. Ona görə də burda müəyyən risk var.

Əgər zavod komandası mövsümə uğursuz başlasa, direktorlar şurasına beşdəqiqəlik iclas kifayət edəcək ki, qərar qəbul etsinlər, bu insanlar avtoidmana sevgi hissi ilə yaşamırlar. Qələbə olanda onlar nəticədən razı qalırlar, qələbə olmayanda – xudahafiz.

Konservativ mövqedən şəraitə baxsaq, görərik ki, Lyuis McLaren-də qalmalıydı, çünki bu komanda həmişə yarışlarda iştirak edəcək. Bu komanda heç vaxt çempionatdan getməyəcək.”

Ceki Styuart hesab edir ki, əsas problemlərdən biri də Həmiltonun qeyri-stabilliyidir: “Lyuis yaxşı formada olanda, o hamıdan sürətli olur. Amma o hələ bu formanı stabil saxlamağı öyrənməyib.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər , , , , , , , ,
Paylaş

logo