C.Stüart Fİ-nın McLaren-ə qarşı münasibəti barədə

Üçqat dünya çempionu Ceki Stüart bildirib ki, McLaren və Lyuis Həmiltonun başında qızışmaqda olan qalmaqaldan qaçmaq mümkün idi, bunun üçün […]

Üçqat dünya çempionu Ceki Stüart bildirib ki, McLaren və Lyuis Həmiltonun başında qızışmaqda olan qalmaqaldan qaçmaq mümkün idi, bunun üçün yarış zamanı çalışan stüardlar daha peşəkar hazırlıq keçməlidirlər. Ceki Şotlandiyanın The Herald qəzetinə müsahibəsində ayın sonunda Ümumdünya Şurasının iclasında müzakirə olunacaq məsələyə münasibətini bildirib…

Ceki Stüart: “Mənə elə gəlir ki, deyəsən, McLaren nümayəndələri yarış zamanı radio ilə yarış direktoru Çarli Uaytinqlə məsləhətləşmək istəyirdilər. Ona Həmilton və Toyota sürücüsü Yarno Trulli ararsında baş vermiş insident barədə sual vermək istəyirdilər. Amma Uaytinq bu zaman Sebastyan Fettelin problemi ilə məşğul idi, çünki Robert Kubitsa ilə toqquşmadan sonra alman sürücü trasda qalmışdı, amma onun maşını cəmi üç təkərin üstündə hərəkət edirdi.

Maraqlıdır ki, idmanda son nəticəyə təsir edəcək bütün bu məsələlərlə bircə adam məşğul olur. Əgər yarış zamanı dörd stüard işləyirsə, ehtimal etmək olar ki, onlardan hər hansı biri McLaren-ə lazımi izahatlar verə bilərdi. Nəticədə McLaren-in vəziyyəti ağırlaşıb. Hələlik aydın deyil ki, onlar cərimədən necə boyun qaçıracaqlar – artıq Lyuis rəsmən üzr istəyib, komanda isə səhv addım atdığını etiraf edib. İndi hər şey FİA-nın əlindədir…

Amma məsələyə geniş yanaşmaq lazımdır: bu epizod bizə bir daha xatırlatdı ki, Lyuisin hələ də təcrübəsi azdır, yalan isə dözülməzdir. Amma məncə, Melburnda Fettelin insidenti daha təhlükəli idi, axı alman sürücünün maşınından qopan təkər tamaşaçılara tuşlana bilərdi. Lakin onu cəmi növbəti yarışda 10 yer itirməklə cərimələdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*