21 Avqust 2018, Çərşənbə axşamı - 08:03

C.Şekter: “Fettel və Həmilton ən yaxşı sürücülərdir”

C.Şekter: “Fettel və Həmilton ən yaxşı sürücülərdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:44 - 22 Dekabr, 2012

MotorSport-un jurnalistləri 1979-cu ilin dünya çempionu Codi Şekterdən xahiş ediblər ki, hazırkı Formula1 sürücüləri arasında iki ən güclü sürücünü seçsin… […]

MotorSport-un jurnalistləri 1979-cu ilin dünya çempionu Codi Şekterdən xahiş ediblər ki, hazırkı Formula1 sürücüləri arasında iki ən güclü sürücünü seçsin…

Codi Şekter: “Mən həmişə Fettel və Həmiltonu ən yaxşı sürücü hesab etmişəm. Bəlkə, Alonsonun da adını çəkmək lazımdır, amma mən Sebastyan və Lyuisi seçərdim.

Nə üçün Fernandonu seçmədim? Onun 2007-ci ildə McLaren-də etdikləri yadımdan çıxmayıb. Alonso doğrudan da 2012-ci ili əla keçirdi, buna şübhəm yoxdur, o, işinin öhdəsindən əla gəlir, amma siz yuxarıda dediyim hərəkəti etdikdə, bütün hörmətinizi itirə bilərsiniz.

Həmiltonun debütü və ilk iki ili çox gözəl alınmışdı. Hansı sürücünün debütü belə olub? Düzdür, keçən il bəzi səhvlərə yol verdi, amma bu il Lyuis trasda çox sürətli idi. Çətin vəziyyətə düşəndə fantasik dərəcədə hücuma atılır, rəqibləri ilə toqquşmadan maksimum qaçmağa çalışırdı. Mən onun azarkeşiyəm!

Düşünürəm ki, hazırkı reqlamentdə sürücüləri ötürmələr qutusunun dəyişdirilməsinə görə startda 5 yer itirməklə cəzalandırmaq ən ədalətsiz qaydadır, axı, sürücünün nə günahı var? Məncə, komandanı cərimə etmək daha ədalətli olardı, məsələn, həmin yarışa görə Mühəndislər Kubokuna xal hesablanmasın və s.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , , , , , , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo