Çin yarışı McLaren-in eyiblərini üzə çıxaracaq

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Çindəki uzun düzlüklər maşının əsl gücünü ortaya çıxaracaq.

F-1.az xatırladır ki, Alonso Avstraliyada 10-cu yer uğrunda mübarizə aparsa da, komanda Çin yarışının daha çətin keçəcəyini gözləyir. Şanxay trasında 1.17 km uzunluğunda düzlük var və bu düzlüyün McLaren maşınının eyiblərini üzə çıxaracağı gözlənilir. Bəzi xəbərlərə əsasən, Alonso və Vandorn bolidin gücünün 2/3-ni burada istifadə edəcəklər.

Erik Bulye: “Çin yarışında Avstraliyaya nisbətən daha çox çətinlik çəkəcəyik. Ən azından Melburnda yerimizi qorumaq üçün müdafiə oluna bilirdik, amma burada uzun düzlüklər var və DRS-dən istifadə olunacaq. Belə olan halda rəqibləri arxada saxlamaq çətin olacaq. Yenə də məğlubiyyəti qəbul etmək çətin olacaq. İki sürücümüz də trasa çıxıb sona kimi mübarizə aparacaqlar. Əgər problem yaşamasaq, bəxtimiz gətirsə, xal da qazana bilərik. Burada havanın vəziyyəti tez-tez dəyişir. Buna görə də hər şeyə hazır olmalı və əlimizə düşən fürsətlərdən maksimum istifadə etməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*