20 Oktyabr 2018, Şənbə - 21:46

Çin-2018: Tras və statistika

Çin-2018: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:20 - 13 Aprel, 2018

Çin torpağında nəzərdə tutulan Formula1-in debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu birinci dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkündür, amma çinlilər hamını qrafikə dəqiq əməl etmələri ilə təəccübləndirdilər.

Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.

Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?

Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və FOM isə kameraları elə yerləşdirir ki, ekranlarda boş yerlər çox görünməsinlər.

 

2018 FORMULA 1 HEİNEKEN CHINESE GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
13-15 aprel 2018Shanghai İnternational Circuit5451 m56305.066 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxiliyanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.

İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlanmalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.

Tras asfaltayatma qüvvəsinin orta kəmiyyətini  və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromisi tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.

Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.

Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.

2017-ci ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu, nəmMaks FerstappenRed Bull1:50.491
2-ci sərbəst yürüşlərDumanlı, nəmsürücülər trasa çıxmayıblar
3-cü sərbəst yürüşlərBuludlu, quruSebastyan FettelFerrari1:33.336
Sıralanma turuBuludlu, quruLyuis HəmiltonMercedes AMG1:31.678
Yarışda sürətli dövrəBuludlu, qurumaqda olan trasLyuis HəmiltonMercedes AMG1:35.378

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından CANLI izləyə bilərsiniz.

Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
13 aprel1-ci sərbəst yürüşlər06:00
13 aprel2-ci sərbəst yürüşlər10:00
14 aprel3-cü sərbəst yürüşlər07:00
14 aprelSıralanma turu10:0009:55
15 aprelYarış10:1010:00

 

Pirelli, Soft, SupeSoft, UltraSoft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Şanxaya Medium, Soft və UltraSoft tərkibləri gətirəcək. Gözlənildiyi kimi, sürücülər həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər və Medium təkərlərdən 1-2 dəst seçiblər. Lakin Force İndia-nın sürücüləri və Şarl Leklerin 3 dəst Medium təkər dəsti sifariş etməsi maraqlıdır…

SürücüKomandaMediumSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG166
Valtteri BottasMercedes AMG256
Sebastyen FettelFerrari238
Kimi RəykkönenFerrari238
Daniel RikkardoRed Bull247
Maks FerstappenRed Bull247
Serxio PeresForce İndia346
Esteban OkonForce İndia346
Ləns StrollWilliams238
Sergey SirotkinWilliams148
Karlos SaynsRenault247
Niko HülkenberqRenault247
Pyer QasliToro Rosso247
Brendon HartliToro Rosso157
Roman QrojanHaas148
Kevin MaqnussenHaas238
Fernando AlonsoMcLaren148
Stoffel VandornMcLaren148
Markus ErikssonSauber247
Şarl LeklerSauber337

 

 

STATİSTİKA

Hazırkı pilotların Çin Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
Lyuis Həmilton11167685
Sebastyan Fettel11124351
Fernando Alonso1496252
Kimi Rəykkönen128451
Daniel Rikkardo744
Valtteri Bottas626
Maks Ferstappen3191
Roman Qrojan616
Niko Hülkenberq89
Karlos Sayns38
Kevin Maqnussen34
Serxio Peres74
Esteban Okon11
Markus Eriksson41
Stoffel Vandorn1
Ləns Stroll1
Sergey Sirotkin
Brendon Hartli
Pyer Qasli
Şarl Lekler

 

Çin Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
09.04.2017ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
17.04.2016ŞanxayN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
12.04.2015ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
20.04.2014ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
14.04.2013ŞanxayL.HəmiltonMercedes AMGF.AlonsoFerrari
15.04.2012ŞanxayN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
17.04.2011ŞanxayS.FettelRed BullL.HəmiltonMcLaren
18.04.2010ŞanxayS.FettelRed BullC.BattonMcLaren
19.04.2009ŞanxayS.FettelRed BullS.FettelRed Bull
19.10.2008ŞanxayL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
07.10.2007ŞanxayL.HəmiltonMcLarenK.RəykkönenFerrari
01.10.2006ŞanxayF.AlonsoRenaultM.ŞumaxerFerrari
16.10.2005ŞanxayF.AlonsoRenaultF.AlonsoRenault
29.09.2004ŞanxayR.BarrikelloFerrariR.BarrikelloFerrari

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 231
Teqlər , ,
Paylaş

logo