16 Noyabr 2018, Cümə - 16:04

Çin-2018: İkinci sərbəst yürüşlər

Çin-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

11:41 - 13 Aprel, 2018

İlkin hava proqnozları bu günə yağış vəd etsə də, ikinci məşqlərin böyük hissəsi də quru havada baş tutub. Komandalar bir çox yeniliyi sınaqdan keçirə biliblər. Trasın vəziyyəti ilk sessiya ilə müqayisədə daha da yaxşılaşıb.

F-1.az bildirir ki, sürücülər diqqətlərini bu dəfə uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa yönəldiblər. Sessiyanın sonunda yağış başlayıb, lakin sürücülər artıq proqramlarını başa çatdırdıqlarından, bokslarına qayıdıblar.

Səhər olduğu kimi, bu dəfə də ciddi insident baş verməyib. Stroll 8-ci, Qrojan isə 11-ci döngələrdə trasdan çıxıb, lakin maşınlara zərər dəyməyib. Sona yaxın Vandorn arxa sağ təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub. Sarı bayraqlar dalğalanıb və onun maşını təxliyə edilib. Okon, Peres, Hartli, Qasli və Alonso keçid təkərlərlə trasa qayıdaraq bir neçə dövrə vurublar.

Protokollara çox cüzi fərqli Rəykköneni üstələyən Həmilton başçılıq edib – 1:33.482. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:33.48226
27Kimi RəykkönenFerrari1:33.489+ 0:00.00726
377Valtteri BottasMercedes AMG1:33.515+ 0:00.03327
45Sebastyan FettelFerrari1:33.590+ 0:00.10827
533Maks FerstappenRed Bull1:33.823+ 0:00.34126
627Niko HülkenberqRenault1:34.313+ 0:00.83130
720Kevin MaqnussenHaas1:34.458+ 0:00.97626
855Karlos SaynsRenault1:34.473+ 0:00.99128
93Daniel RikkardoRed Bull1:34.557+ 0:01.07526
1014Fernando AlonsoMcLaren1:34.632+ 0:01.15023
1111Serxio PeresForce İndia1:34.792+ 0:01.31030
1210Pyer QasliToro Rosso1:34.849+ 0:01.36733
1331Esteban OkonForce İndia1:34.874+ 0:01.39230
142Stoffel VandornMcLaren1:35.163+ 0:01.68122
1528Brendon HartliToro Rosso1:35.333+ 0:01.85137
1635Sergey SirotkinWilliams1:35.340+ 0:01.85831
179Markus ErikssonSauber1:35.624+ 0:02.14229
1816Şarl LeklerSauber1:35.916+ 0:02.43426
198Roman QrojanHaas1:36.471+ 0:02.98926
2018Ləns StrollWilliams1:37.147+ 0:03.66519

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , , , , , ,
Paylaş

logo