14 Noyabr 2018, Çərşənbə - 15:52

Çin-2018: DHL Fastest Pit Stop Award

Çin-2018: DHL Fastest Pit Stop Award

Müəllif: Elçin Zodorov, redaktor

10:22 - 17 Aprel, 2018

Artıq dördüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az bildirir ki, pit-stopların nəticəyə birbaşa təsir etdiyi Çin Qran Prisində Mercedes mexanikləri Bottas üçün etdikləri mükəmməl pit-stop əməliyyatı ilə birinci olublar. Finlandiyalı sürücü məhz bu pit-stopdan sonra trasa Fetteldən öndə qayıtmışdı. Bu, həm də mövsümün ilk üç yarışında əldə edilən ən yaxşı nəticə olub.

Maraqlıdır ki, Red Bull komandası hər iki pit-stopa sürücülərini eyni anda çağırsa da, mexaniklər səhvə yol verməyiblər, hətta Ferstappendən arxada gələn Rikkardonun maşınına cəmi 2.33 saniyə ərzində xidmət göstəriblər. Force İndia mexanikləri bu il yaxşı mənada fərqlənirlər – Peres üçün etdikləri pit-stopla bu dəfə də ilk üçlüyə düşə biliblər.

McLaren komandasının pit-stoplarındakı vəziyyət isə trasda olandan fərqlənmir…

KomandaAvstraliyaBəhreynÇinAzərbaycanİsaniyaMonakoKanadaFranceAvstriyaBritaniyaGermanyMacarıstanBelçikaİtaliyaSinqapurRusiyaYaponiyaABŞMeksikaBraziliyaƏbu DabiCəmi
1. Red Bull4002868
2. Ferrari2229657
3. Mercedes1153349
4. Force İndia2181737
5. Williams1218131
6. Toro Rosso801220
7. Sauber66416
8. Renault012012
9. Haas101011
10. McLaren0202

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , ,
Paylaş

logo