20 Oktyabr 2017, Cümə - 01:48

Çin-2017: Yarış

Çin-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

12:22 - 09 Aprel, 2017

Şanxayda komandalar cümə günü hava şəraitinə görə işləyə bilməmişdilər. Birinci sessiyada sürücülər bir neçə dövrə vursalar da, ikinci sessiya tibbi helikopterin lazım olduğu halda növbətçi xəstəxanaya vaxtında çata bilməyəcəyi üçün ləğv edilmişdi. Bazar günü üçün də yağış proqnozlaşdırıldığından, FİA 38 km məsafədə yerləşən xəstəxanadan və helikopterdən imtina etmiş, onun əvəzinə trasdan 5 dəqiqəlik məsafədə yerləşən başqa xəstəxananı və təcili tibbi yardım maşınının xidmətini seçmişdi.

F-1.az xatırladır ki, şənbə günü məşqlər və sıralanma turu quru havada baş tutmuşdu. Lyuis Həmilton çempionatdakı əsas rəqiblərindən Sebastyan Fetteli 0.2 saniyə qabaqlayaraq Çində 6-cı, karyerasında 63-cü poulu əldə etmişdi. Növbəti yerləri isə iki finlandiyalı sürücü – Valtteri Bottas və Kimi Rəykkönen tutmuşdular. Red Bull-u isə ön yerlərdə beşinci olan Daniel Rikkardo təmsil etmişdi.

Maks Ferstappen motordakı problemə görə ilk sessiyada mübarizəni dayandırmışdı. Üç sürücü isə startda yer itirməklə cəzalandırılmışdılar. Roman Qrojan və Colion Palmer sıralanma turunda sarı bayraqlar altında sürətlərini azaltmadıqları üçün, həmin sarı bayraqlara səbəb olan qəzanı törədən Antonio Covinatsi isə ötürmələr qutusunu dəyişdiyi üçün beş yer itirmişdi.

Şanxayda bu gün səhər də yağış yağıb, lakin stardan əvvəl dayanıb. Tras bir qədər nəm olduğundan Karlos Saynsdan başqa bütün sürücülər keçid təkərləri ilə yarışa başlayıblar. İspan sürücü isə yarışa SuperSoft-la başlayıb. Həmilton, Fettel və Bottas startda yerlərini qoruyublar, Rikkardo isə Rəykköneni qabaqlayıb. Sliklərin asfaltla ilişməsi çox aşağı olduğundan, Sayns startda xeyli yer itirib. Hülkenberq birinci dövrədən sonra sliklərə keçib. Pereslə Strollun toqquşması kanadalının çınqıllığa düşərək mübarizəni dayandırması ilə nəticələnib və Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Hülkenberqə Virtual Təhlükəsizlik Maşını rejimində Qrojanı ötdüyü üçün beş saniyəlik cəza gəlib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Bottas – Rikkardo – Rəykkönen – Kvyat – Ferstappen – Alonso – Massa – Peres.

Peres sağ ön təkəri deşildiyi üçün dərhal boksa çağırılıb. Sürücülərin əksəriyyəti ikinci dövrədən sonra sliklərə keçiblər. Yalnız Həmilton, Bottas, Rikkardo, Rəykkönen və Ferstappen keçid təkərlərlə davam ediblər.

Dördüncü dövrədə Covinatsi son döngədən çıxdıqdan sonra maşını sağ divara vurub. Təhlükəsizlik Maşını dərhal trasa çıxıb və start düzlüyündə qırıntılar çox olduğundan, sürücülər pit yolundan keçməli olublar. 5-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Rəykkönen – Ferstappen – Bottas – Fettel – Sayns – Alonso – Kvyat – Massa.

Hülkenberq bu dəfə də Təhlükəsizlik Maşınının arxasında Erikssonu ötüb və 10 saniyə ilə cəzalandırılıb. Təkərləri qızdırmağa çalışan Bottas yerində fırlandığı üçün 12-ci yerə qədər geriləyib. Restartdan sonra Həmilton lidereliyini qoruya bilib. Peres Massa və Kvyatı, Ferstappen isə Rəykköneni qabaqlayıb. Maqnussen də öz növbəsində Kvyatı ötüb. 9-cu dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Ferstappen – Rəykkönen – Fettel – Sayns – Alonso – Peres – Maqnussen – Kvyat.

On birinci dövrədə Ferstappen komanda yoldaşını qabaqlayıb və 16-cı yerdən start aldığı yarışda ikinci yerə yüksəlib. Rikkardodan sürətlə aralanan hollandiyalı yarışın lideri Həmiltona çatmağa çalışıb, lakin Lyuis də tempini artırıb və fərqin bağlanmasına imkan verməyib. Vandorn yanacaq sistemindəki problemə görə boksa qayıdaraq yarışı dayandırmalı olub.

Yarışın 18-ci dövrəsində Bottas doqquzuncu yer uğrunda mübarizədə Maqnusseni qabaqlayıb. Xeyli davam edən mübarizədən sonra nəhayət, 19-cü dövrədə Fettel Rəykköneni keçə bilib. Kvyat hidravlik sistemdəki problemlərə görə maşınını doqquzuncu döngədə kənara çəkməli olub. İki dövrə sonra Peres pit-stopa yollanıb. Fettel isə Rikkardonu qabaqlayıb. 22-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Ferstappen – Fettel – Rikkardo – Rəykkönen – Sayns – Alonso – Bottas – Maqnussen – Okon.

Bir qədər sonra Peres komanda yoldaşı Okonu, Bottas isə Alonsonu ötüb. Həmilton Ferstappendən xeyli aralanıb – 28-ci dövrədən sonra iki sürücü arasındakı fərq 10 saniyəyə çatıb. Fettel isə Ferstappenə yaxınlaşmağa başlayıb. Alman sürücü Maksın arxasında çox vaxt itirməyib – əyləcə basaraq təkərləri bloklayan Ferstappen Ferrari sürücüsünün onu keçməsinə mane ola bilməyib. Otuzuncu dövrədə Sayns və Ferstappen pit-stop ediblər. Maks trasa altıncı yerdə qayıdıb və bir qədər sonra Bottası keçib. Palmer 31-ci, Maqnusen 32-ci, Rikkardo, Hülkenberq və Fettel isə 34-cü dövrədə pitə yollanıblar.

Sayns yeddinci yer uğrunda mübarizədə Alonsonu qabaqlayıb. Fernando aparıcı val probleminə görə sürətini itirib və yarışı saxlamalı olub. Çin Qran Prisi McLaren komandası üçün erkən başa çatıb. Bottas 36-cı, Həmilton və Qrojan 37-ci , Rəykkönen isə 40-cı dövrədə təkərlərini dəyişiblər. 40-cı dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Ferstappen – Rikkardo – Sayns – Rəykkönen – Bottas – Peres – Maqnussen – Okon.

Rəykkönen 41-ci dövrədə Saynsı keçərək beşinciliyə yüksəlib. Dörd dövrə sonra isə Sayns daha bir yer itirib – bu dəfə də onu Bottas keçib. Növbəti dövrələrdə Okon Massanı, Maqnussen isə Peresi üstələyə bilib. Massa və Peres daha bir dəfə pitə yollanıblar. Rikkardo son dövrələrdə Ferstappenə xeyli yaxınlaşıb, lakin çoxsaylı cəhdlərə baxmayaraq, komanda yoldaşını keçə bilməyib.

Lyuis Həmilton yarışda qalib gəlib və karyerasında üçüncü Böyük Dəbilqəni qazanıb. Bu, Lyuisin karyerasında 54-cü, Şanxayda isə 5-ci qələbəsdir. Avstraliyadakı yarışın qalibi Fettel ikinci, Ferstappen isə üçüncü yeri tutub.

Mübarizə gələn həftə Bəhreyndə davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:37.36.1584
25Sebastyan FettelFerrari+ 0:06.2505
333Maks FerstappenRed Bull+ 0:45.1924
43Daniel RikkardoRed Bull+ 0:46.0354
57Kimi RəykkönenFerrari+ 0:48.0764
677Valtteri BottasMercedes AMG+ 0:48.8084
755Karlos SaynsToro Rosso+ 1:12.8934
820Kevin MaqnussenHaas+1 dövrə5
911Serxio PeresForce İndia+1 dövrə6
1031Esteban OkonForce İndia+1 dövrə5
118Roman QrojanHaas+1 dövrə5
1227Niko HülkenberqRenault+1 dövrə5
1330Colion PalmerRenault+1 dövrə4
1419Felipe MassaWilliams+1 dövrə6
159Markus ErikssonSauber+1 dövrə4

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) 1:35.378 (44-cü dövrə, 205.745 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonsoMcLaren33aparıcı val
Daniil KvyatToro Rosso18hidravlika
Stoffel VandornMcLaren17yanacaq sistemi
Antonio CovinatsiSauber3qəza
Ləns StrollWilliams1qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari43
244Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team43
333Maks FerstappenRed Bull Racing25
477Valtteri BottasMercedes AMG Petronas F1 Team23
57Kimi RəykkönenScuderia Ferrari22
63Daniel RikkardoRed Bull Racing12
755Karlos SaynsScuderia Toro Rosso10
8 19Felipe MassaWilliams Martini Racing8
9 11Serxio PeresSahara Force İndia F1 Team8
1020Kevin MaqnussenHaas F1 Team4
1126Daniil KvyatScuderia Toro Rosso2
1231Esteban OkonSahara Force İndia F1 Team2

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes66
2Scuderia FerrariFerrari65
3Red Bull RacingTAG Heuer33
4Scuderia Toro RossoRenault12
5Sahara Force İndia F1 TeamMercedes10
6Williams Martini RacingMercedes8
7Haas F1 TeamFerrari4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 378
Teqlər , , , , , , , ,
Paylaş

logo