26 Sentyabr 2018, Çərşənbə - 06:56

Çin-2017: Üçüncü stüard – Mika Salo

Çin-2017: Üçüncü stüard – Mika Salo

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:23 - 05 Aprel, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Çin Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Salo FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyara və Venesuela idman federasiyasının prezidenti Vinçentso Spanoya kömək edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 031
Teqlər , , , , , ,
Paylaş

logo