17 Dekabr 2017, Bazar - 00:30

Çin-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Çin-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:19 - 05 Aprel, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiqləyib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Şanxayda da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istiandən bildirir ki, keçən illə müqayisədə trasda cüzi dəyişikliklər edilib. Start xətti ətrafında təşkilatçılar yeni asfalt döşəyiblər – bununla oradakı kələ-kötür sahə yoxa çıxıb. Birinci və səkkizinci döngələrdə təkərlərdən əlavə bareylər quraşdırılıb. İkinci döngədə təhlükəsizlik zonasından əvvəl ot örtüyü salınıb. İkinci, üçüncü və on ikinci döngələrdə cari borebriklərin arxasında əlavə porebriklər döşənib. Yeni porebriklərin uzunluğu üç metr, eni bir metrdir, hündürlüyü isə əvvəlkilərdən 50 millimetr böyükdür.

Çin trasında bu il ötmə (DRS) zonaları elə əvvəlki sahələrdə yerləşəcək – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 977
Teqlər , , , ,
Paylaş

logo