14 Dekabr 2017, Cümə axşamı - 13:59

Çin-2017: Sıralanma Turu

Çin-2017: Sıralanma Turu

Müəllif: Elçin Zodorov, redaktor

12:34 - 08 Aprel, 2017

Cümə günü sürücülər pis hava şəraitinə görə işləyə bilməyiblər. İlk sessiyada bir neçə dövrə vura bilsələr də, ikinci sessiyaya tibbi helikopterin lazım olacağı təqdirdə vaxtında növbəti xəstəxana çaya bilməyəcəyinə görə ümumiyyətlə start verilməyib.

Bu gün səhər baş tutan məşqlərdə sürücülər nəhayət ki, sliklərlə işləyə biliblər. Lakin komandalar daha çox yarış sazlanmaları üzərində işləməyə üstünlük veriblər. Buna tam nail olduqlarını demək çətindir, çünki yeni maşınlar və təkərlər üzərində iş təcrübələri kifayət qədər deyil. Yarış vaxtı yağışın yağma ehtimalı yüksək olduğundan, bu amili də nəzərə almaq lazım gəlib.

F-1.az xəbər vermişdi ki, Pirelli Şanxaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Lakin Medium təkərlərdən hələ ki, istifadə olunmayıb. Komandalar üçüncü sərbəst yürüşlərdə də SuperSoft təkərlərə üstünlük veriblər.

Sıralanma Turunun birinci sessiyasında Ferrari sürücüləri Soft, digər sürücülər isə SuperSoft təkərlərlə nəticə göstəriblər. Buna baxmayaraq, Sebastyan Fettel protokollara başçılıq edib – 1:33.078. Güc qurğusunun proqramlaşdırılmasında problemə görə boksa qayıtmalı olan Maks yenidən trasa çıxıb, lakin problem həll olunmayıb. Sessiyanın sonunda Antonio Covinatsi finiş xəttinə az qalmış qəza edib. Buna görə də Roman Qrojan, Maks Ferstappen də daxil olmaqla, bir neçə sürücü sürətli dövrəsini başa vura bilməyib. Vandorn, Qrojan, Palmer, Ferstappen və Okon mübarizəni dayandırıblar.

İkinci sessiyada bütün sürücülər SuperSoft təkərlərlə trasa çıxıblar. Fettel ilk cəhdində 1:32.391-lik nəticə göstərərək ilk sıraya yüksəlib. Bir qədər sonra isə komanda yoldaşı Rəykkönen sessiyanın ən sürətli dövrəsini vurub – 1:32.181. İlk sessiyadakı qəzaya görə ikinci sessiyada trasa çıxmayan Covinatsi ilə yanaşı, Sayns, Maqnussen, Alonso və Eriksson da mübarizəni dayandırıblar.

Son sessiyada Peres və Stroll ilk cəhdlərindən imtina ediblər. Həmilton hamıdan sürətli olub – 1:31.902. Fettel ona cüzi uduzub. Hülkenberq ikinci cəhdindən imtina edib. Həmilton nəticəsini daha da yaxşılaşdırıb – 1:31.678. Bu, həm də trasın yeni rekordudur. Bottası cəmi 0.001 saniyə üstələyən Fettel ikinci olub.

Bu, Həmiltonun karyerasında 63-cü, Şanxayda altıncı pouludur. Fettel sabah onun yanından start alacaq. İkinci cərgədən bu komandaların ikinci sürücüləri yarışa başlayacaqlar. Xatırladaq ki, sabaha yağış proqnozlaşdırılır…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG21:33.333431:32.40631:31.6786
25Sebastyan FettelFerrari11:33.078321:32.39161:31.8646
377Valtteri BottasMercedes AMG41:33.684541:32.55231:31.8656
47Kimi RəykkönenFerrari31:33.341311:32.18161:32.1406
53Daniel RikkardoRed Bull61:34.041351:33.54631:33.0336
619Felipe MassaWilliams71:34.205371:33.75951:33.5076
727Niko HülkenberqRenault91:34.453761:33.63661:33.5803
811Serxio PeresForce İndia121:34.657681:33.92061:33.7063
926Daniil KvyatToro Rosso81:34.440591:34.03461:33.7196
1018Ləns StrollWilliams51:33.9868101:34.09071:34.2203
1155Karlos SaynsToro Rosso111:34.5675111:34.1506
1220Kevin MaqnussenHaas141:34.9426121:34.1646
1314Fernando AlonsoMcLaren101:34.4995131:34.3726
149Markus ErikssonSauber131:34.8929141:35.0466
1536Antonio CovinatsiSauber151:34.9638150
162Stoffel VandornMcLaren161:35.0236
178Roman QrojanHaas171:35.2236
1830Colion PalmerRenault181:35.2796
1933Maks FerstappenRed Bull191:35.4337
2031Esteban OkonForce İndia201:35.4968

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 851
Teqlər , , , , , , , ,
Paylaş

logo