25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:12

Çin-2017: Mətbuat konfranslarının cədvəli

Çin-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Elçin Zodorov, redaktor

11:20 - 05 Aprel, 2017

Çin Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Niko Hülkenberq (Renault), Maks Ferstappen (Red Bull) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Antonio Covinatsi (Sauber), Kimi Rəykkönen (Ferrari) və Karlos Sayns (Toro Rosso) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Siril Abitebul (Renault), Robert Förnli (Force İndia), Monişa Kaltenborn (Sauber), Günter Ştayner (Haas) və Frants Tost (Toro Rosso) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 337
Teqlər , ,
Paylaş

logo