20 Oktyabr 2017, Cümə - 21:47

Çin-2017: Güc qurğusunun elementləri

Çin-2017: Güc qurğusunun elementləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:18 - 06 Aprel, 2017

FİA Çin Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün dərc olunan siyahıda yalnız Kimi Rəykkönenin maşınında Avstraliyada edilmiş dəyişikliklər öz əksini tapıb: finlandiyalı sürücünün maşınında yarışdan əvvəl akkumulyator (ES) və idarəetmə bloku (CE) dəyişdirilmişdi.

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes111111
77Valtteri BottasMercedes AMGMercedes111111
3Daniel RikkardoRed BullTAG Heuer111111
33Maks FerstappenRed BullTAG Heuer111111
5Sebastyan FettelFerrariFerrari111111
7Kimi RəykkönenFerrariFerrari111122
11Serxio PeresForce İndiaMercedes111111
31Esteban OkonForce İndiaMercedes111111
19Felipe MassaWilliamsMercedes111111
18Ləns StrollWilliamsMercedes111111
14Fernando AlonsoMcLarenHonda111111
2Stoffel VandornMcLarenHonda111111
26Daniil KvyatToro RossoRenault111111
55Karlos SaynsToro RossoRenault111111
8Roman QrojanHaasFerrari111111
20Kevin MaqnussenHaasFerrari111111
27Niko HülkenberqRenaultRenault111111
30Colion PalmerRenaultRenault111111
9Markus ErikssonSauberFerrari-2016111111
94Paskal VerlyaynSauberFerrari-2016111111

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 245
Teqlər , , ,
Paylaş

logo