19 Noyabr 2018, Bazar ertəsi - 05:31

Çin-2017: DHL Fastest Pit Stop Award

Çin-2017: DHL Fastest Pit Stop Award

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:13 - 09 Aprel, 2017

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Bu ildən DHL şirkətinin təsis etdiyi Fastest Pit Stop Award mükafatı yeni qaydalarla keçirilir – yarışın gedişində ən sürətli pit-stoplara görə komandalara elə əsl yarışda olduğu kimi xallar verilir. Şirkət bu yolla mükafat uğrunda mübarizəni daha maraqlı etdiyini düşünür, amma hələlik keçən il olduğu kimi bu çempionatda Williams komandası hegemonluq edir.

Düzdür, Şanxayda britaniyalılar startdan dərhal sonra çətin vəziyyətə düşüblər, çünki Ləns Strol yarışın əvvəlində mübarizəni dayandırıb, ona görə də Williams komandası yarış ərzində cəmi 3 pit-stop keçirib. Amma buna baxmayarq, bu pit-stoplardan biri ən yaxşı olub – Felipe Massanın maşınında mexaniklər dörd təkəri 2.52 saniyəyə dəyişiblər.

İkinci yer uğrunda mübarizə isə gərginləşib. Hər iki maşınla pit-stopda yaxşı nəticə göstərdiyi üçün Red Bull komandası ikinci pilləyə qalxıb, Ferrari komandası avstriyalılara azca uduzur. Melburnda əla startdan sonra Mercedes komandası 4-cü yerə düşüb – “gümüşü oxlar” yarışda inamlı qələbə qazansalar da, onların rellaşdırdıqları ən sürətli pit-stop yalnız onluğu tamamlaya bilib.

F-1.az bildirir ki, Maqnussen komandasına yalnız yarışda deyil, elə bu çempionatda da ilk xalları qazandırıb. Renault, Sauber və McLaren-in mexanikləri isə hələ xal qazana bilməyiblər.

 

KomandaAvstraliyaÇinBəhreynRusiyaİsaniyaMonakoKanadaAzərbaycanAvstriyaBritaniyaMacarıstanBelçikaİtaliyaSinqapurMalayziyaYaponiyaABŞMeksikaBraziliyaƏbu DabiCəmi
Williams402565
Red Bull62733
Ferrari112031
Mercedes AMG26127
Toro Rosso121022
Force İndia61218
Haas066
Renault000
Sauber000
McLaren000

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 858
Teqlər , , ,
Paylaş

logo