24 Noyabr 2017, Cümə - 09:39

Çilidə Dakar rallisi başa çatıb

Çilidə Dakar rallisi başa çatıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:27 - 26 Yanvar, 2014

Çilinin Valparayso şəhərində 35-ci Dakar ralli marafonu başa çatıb. Bu dəfə marafon Argentina, Boliviya və Çilinin yollarından keçib və 14 gün sürüb.

Motosikletçilərin yarışında əsas favoritlər Yamaha-nın sürücüsü Siril Depre və KTM-in sürücüsü Mark Koma hesab olunurdular – son səkkiz rallini məhz bu sürücülər qazanmışdıalr. Rallinin 5-ci mərhələsindəki uğursuzluq Depreni geriyə atıb (12-ci yer), növbəti mərhələlərdə hətta rəqiblərinə nisbətən daha çox qəbəsinə Siril rallini 4-cü yerdə başa vura bilib. İnamlı qələbəni isə Koma qazanıb – finişdə o KTM-in digər sürücüsü Xordi Viladomsu 2 saat qabaqlayıb.

Kvadrosiklet sürücülərinin yarışında gözlənilməz nəticə qeydə alınıb. Cəmi 6-cı dəfə keçirilən yarışların son 4 ilinin qalibləri Patronelli qardaşları bu dəfə qələbə qazana bilməyiblər: Alexandro bu dəfə marafona heç qatılmamışdı, ailənin şərəfini qoruyan Markoş isə 2-ci mərhələdə qələbə qazanmasına baxmayaraq, növbəti mərhələdə ciddi qəzaya uğrayaraq yarışdan kənar qalıb. Marafonda üstünlüyü isə Yamaha-nın digər sürücüsü İqnasio Kasale qazanıb və qələbəni bayram edib.

Avtomobil yarışlarında isə həmişəki kimi favoritlər çox olub: Stefan Petransel, Karlos Sayns, Nasser əl-Attiya, Nani Roma, Jinel de Vilyer, Robbi Qordon yenəö də qələbə qazanmağa can atıblar. Birinci mərhələdə gözlənilmədən Çində istehsal olunan Great Wall Haval-ın sürücüsü Karluş Sousa qələbə qazanıb, amma növbəti mərhələdən hər şey yoluna düşüb və qələbə uğrunda yalnız Mini, SMGToyota komandalarının sürücüləri mübarizə aparıblar.

Mini-nin sürücüləri Petransel, əl-Attiya, Roma və Orlando Terranova tezliklə öz üstünlüklərini göstəriblər və nadir hallarda onların mübarizəsinə SMG-dən Karlos Sayns və Toyota-dan Jinel de Vilyer müdaxilə edə biliblər. 4-cü mərhələdən sonra Sayns hətta ümumi hesabda önə çıxıb, amma 5-ci mərhələdə uğursuzluğa uğrayıb və ümumi qələbəyə şansını itirib. 10-cu mərhələdə ciddi qəzaya uğrayan ispaniyalı sürücü mabrizəni dayandırmalı olub.

Ona görə də finişə yaxın əsas mübarizə Mini sürücüləri arasında gedib və qələbəyə əsas namizəd Dakarın 11 qat qalibi Stefan Petransel və motosiklet sürücüləri arasında 2004-cü ilin qalibi Nani Roma qalıblar. Uzun müddət marafona Roma başçılıq edib, amma sondan əvvəlki mərhələdə Stefan liderliyi ələ ala bilib. Jurnalistlər komanda taktikasının tətbiqini güman etsələr də, sonuncu mərhələdə Roma Petranseli üstələyib və ümumi hesabda qələbəni bayram edib.

Daha gərgin mübarizə yük maşınlarının sürücüləri arasında gedib. Keçənilki marafonun qalibi KamAZ komandasının sürücüsü Eduard Nikolayev bu dəfə qələbə uğrunda mübarizə apara bilməyib və komandanın digər sürücüsü Andrey Karqinov komandanın əsas rəqibi İveco-nun sürücüsü Jerar de Roya qarşı tək mübarizə aparmalı olub. Hollandiyalı sürücü marafonun böyük hissəsini liderlik edib, amma sona 3 mərhələ qalmış rusiyalı sürücü irəli çıxıb.

Qalibin taleyi sonuncu mərhələdə həll olunub. Finişdə de Roy Karqinovu üstələyib, amma Andrey bir müddət trasın bağlanması üzündən vaxt itirməli olub. Ona görə də hakimlərin uzunmüddətli iclasından sonra KamAZ sürücüsün itirdiyi vaxt kompensə olunub və o qalib elan edilib…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 1. 556
Teqlər , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo