C.Hauett: “Kobayaşiyə ciddi baxmaq lazımdır”

Toyota komandasının başçısı Con Hauettin sözlərinə görə, Kamui Kobayaşinin Formula1-də debütü elə təsirli alınıb ki, gənc yapon sürücü gələn mövsüm […]

Toyota komandasının başçısı Con Hauettin sözlərinə görə, Kamui Kobayaşinin Formula1-də debütü elə təsirli alınıb ki, gənc yapon sürücü gələn mövsüm komandada yer almağa çalışan namizədlərdən birinə çevrilib. İnterlaqosda finiş xəttini 10-cu keçən Kobayaşi hamını təəccübləndirib, o uzun müddət titul uğrunda qələbəsinə tələsən Censon Battonun hücumlarını sərt və inamla dəf edib.

Hauett etiraf edir ki, komanda kimi Rəykköneni almağa çalışır, hərçənd Yarno Trulli və Timo Qlokla da danışıqlar gedir. Hauett bir daha qeyd edib, indi Kobayaşi də namizədlər sırasındadır…

Con Hauett: “Məncə, Kamui pis işləmədi. O Fizikellanı gözəl ötdü, Battonun hücumlarını inamla dəf etdi, iki dəfə mövqeyini uduzsa da geri qaytara bildi. Çox yaddaqalan debüt oldu! Gələn il komandanın heyətinə gəlincə, biz hər şeyi ölçüb-biçməliyik, amma etiraf etməliyik ki, belə bir yarışdan sonra ona ciddi baxmalıyıq. Hərçənd, Kobayaşi kifayət qədər sürətli deyildi. Onun təkərin qızdırılması ilə problemləri var idi və o təkərləri optimal işçi temperaturda saxlaya bilmirdi.

Yarno Trulliyə gəlincə, komandanın mövqeyi belədir: biz istisna etmirik ki, o komandada qalacaq, amma hələ bir-iki məsələ həll olunmamış qalır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*