Çərşənbə günü Ümumdünya Şurası McLaren-in məsələsinə baxacaq

Bəhreyn və İspaniya Qran Priləri arasındakı ikihəftəlik fasilə zamanı Formula1-i vacib hadisə gözləyir – yaxın çərşənbə günü FİA-nın Ümumdünya Şurası […]

Bəhreyn və İspaniya Qran Priləri arasındakı ikihəftəlik fasilə zamanı Formula1-i vacib hadisə gözləyir – yaxın çərşənbə günü FİA-nın Ümumdünya Şurası Avstraliya Qran Prisinin stüardlarının aldadılmasını araşdırmaqla McLaren məsələsinə nöqtə qoymalıdır. Komandanı hələ Malayziyada cərimə etmişdilər, Lyuis Həmilton mövsümün ilk yarışında diskvalifikasiya olunmuş, komandanın idman direktoru Deyv Rayan işdən qovulmuş, Lyuis mətbuat konfransı çağırmış və rəsmən hamıdan üzr istəmişdi.

Amma bu azmış kimi komandanı Ümumdünya Şurasının iclasına çağırmaqla beş bənd üzrə ittihamlar irəli sürülmüşdü – federasiya yarışın finişindən sonra BBC-nin efirində səslənmiş müsahibələrin yazısını istəmişdi və bununla da yalanın yalnız Rayan və Həmilton tərəfindən deyil, bütün komanda tərəfindən söylənilməsini sübut etmək istəmişdi. Məsələ çox ciddi xarakter almışdı, çünki hələ çoxlarının unutmadıqları məşhur casusluq qalmaqalından sonra komanda daha ciddi cərimə ala bilərdi.

Bundan sonra Ron Dennis Formula1-i tərk etdiyini bildirmiş, Bəhreyndə isə komandanın indiki başçısı FİA-ya rəsm bağışlanma məktubu göndərməklə faktiki olaraq irəli sürülən beş bənd üzrə özünü müqəssir hesab etmişdi. Ekspertlərin fikrincə, bundan sonra əslən federasiyanın iclasına ehtoyac qalmırdı – günahı sübut etməyə ehtiyac yox idi.

Bütün bunlara baxmayaraq, şuranın iclası keçiriləcək, amma şuranın üzvü, Formula1-in kommersiya başçısı BErni Ekklstoun bu gün The Times qəzetinə müsahibəsində bildirib ki, çox güman ki, cərimə çox yüngül olacaq, çünki Daimler AG şirkətinin nümayəndələri daha ciddi cərimə şərtində çempionatı təkr edəcəklərini bildirib. Belə bir iştirakçını itirmək Formula1 üçün riskdir – Mercedes-in ardınca başqa avtoistehsalçılar da gedə bilər…

Berni Ekklstoun: “Mən əminəm ki, şura ədalətli qərar qəbul edəcək, Mercedes də belə bir qərar gözləyir – inanmıram ki, onlar Formula1-i tərk edəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*