Cepsa şirkəti K.Saynsın oğlunu Formula1-də görməyə ümid edir

Son vaxtlar İspaniyanın neft şirkəti Cepsa Formula1 ilə sıx əməkdaşlıq edir. Keçən payız şayiələr yayılmışdı ki, şirkət Toro Rosso komandasının […]

Son vaxtlar İspaniyanın neft şirkəti Cepsa Formula1 ilə sıx əməkdaşlıq edir. Keçən payız şayiələr yayılmışdı ki, şirkət Toro Rosso komandasının yeni sahibi olacaq, amma hələlik hər şey yalnız sponsor dəstəyi ilə məhdudlaşır.

Əlbəttə, hər bir sponsor dəstəklədiyi komandada öz həmyerlisini görmək istəyir – keçən il bu missiyanı Xayme Algersuari yerinə yetirirdi. Amma onun komandadan qovulmasından sonra komandanın şərəfini avstraliyalı Daniel Rikkardo və fransalı Jan Erik Vern qoruyurlar. Mötəbər Marca qəzetinin verdiyi xəbərə görə, yaxın gələcəkdə gənc Karlos Sayns onlarla rəqabət apara biləcək.

Ralli üzrə dünya çempionatının ikiqat dünya çempionunun 17 yaşlı oğlu artıq üçüncü mövsümdür Red Bull-un gənclər proqramınaın iştirakçısıdır. Bu il gənc sürücü gücünü Britaniyanın Formula3 seriyasında yoxlayır və doqquz yarışdan sonra ümumi hesabda birincidir. Aydındır ki, məşhur adı və soyadı olan belə sürətli sürücünü iki-üç ildən sonra STR komandasına ideal keçid hesab etmək olar. Hətta gələn il sürücünün cümə sərbəst yürüşlərinə cəlb olunmasını da fərz etmək olar.

Cepsa artıq təsdiq edib ki, Karlosla uzunmüddətli əməkdaşlığa hazırdır, şirkətin mətbuat xidmətinin başçısı Alfonso Eskames bildirib ki, “sponsor komandaya hansı sürücünün seçməsini diktə edə bilməz, amma bizim müəyyən qədər buna haqqımız var və biz ümid edirik ki, bir gün Karlos Formula1-də debüt edəcək.”

Karlos Sayns-jr:Cepsa tərəfindən dəstəyi hiss etmək mənə çox xoşdur. Mənim öz adım mənə həmişə əlavə pressinq faktoru olub. Amma mən 15 yaşımdan Red Bull gənclər proqramına daxiləm və öz arzuma çatmaq yolunda sürətlə irəliləyirəm.”

Əgər gənc Sayns bu il titul qazanarsa, onda çox güman ki, gələn ili Dünya Renault seriyasında keçirəcək. Daha bir uğurlu mövsüm isə onu Toro Rosso-nun sükanı arxasına keçirə bilər. Hadisələrin sonra necə cərəyan etməsini isə Formula1 həvəskarları Xayme Algersuari və Sebastyen Bueminin nümaunəsində əla bilirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*