Çempionlar Yarışı Pekinə gedir

İki il ardıcıl olaraq Londonun Uembli stadionunda keçirilən Çempionlar yarışı Pekinə gedir. Olimpiada üçün tikilmiş “Quş yuvası” Race of Champions […]

İki il ardıcıl olaraq Londonun Uembli stadionunda keçirilən Çempionlar yarışı Pekinə gedir. Olimpiada üçün tikilmiş “Quş yuvası” Race of Champions yarışlarını noyabrın 34–də qəbul edəcək, Formula mövsümünün Abu Dabidə başa çatmasından cəmi bir neçə gün sonra. Bu dəfə Çempionlar Yarışı istirahət günləri olmayacaq və tədbir iki yerə bölünəcək. Noyabrın 3-də Millətlər Kuboku, səhəri günü isə şəxsi çempionat keçiriləcək…

Fredrik Conson, yarışın təşkilatçısı: “Pekindəki Olimpiya stadionu yarış üçün maraqlı yerdir. Uemblidəki iki ildən sonra mən “Quş yuvası”nda yarışı elan etməyə şadam.”

İlk Çempionlar Yarışı 1965-ci ildə Brənds-Hətçdə keçirilib, o zaman yarışın startına yalnız Formula1 sürücüləri çıxmışdılar. Səksəninci illərin sonunda bu yarış ralli sürücülərinin mübarizə arenasına çevrildi, 2004-cü ildən sonra isə müxtəlif kateqoriyaların – kartinqdən Formul1-ə kimi – sürücülərini əhatə edir. Parisin Stade de France stadionundakı bir neçə ildən sonra yarış Uembliyə köçmüşdü, bu il isə Avropanı da tərk edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*