Çempionatda qalib gəlməyin zəruri şərtləri

Yaponiya Qran Prisindən sonra titula namizədlərin sayı əvvəlki kimi üç nəfər qalıb – Censon Batton, Rubens Barrikello və Sebastyan Fettel. […]

Yaponiya Qran Prisindən sonra titula namizədlərin sayı əvvəlki kimi üç nəfər qalıb – Censon Batton, Rubens Barrikello və Sebastyan Fettel. Bu il titul qazanmaq şansını hər bir sürücü üçün ayrılıqda nəzərdən keçirək…

1. Censon Batton. İki son yarışda Censon 6-cı yerdən aşağı olmamaqla finiş görərsə, rəqibləri üçün əlçatmaq olacaq. Bu vəziyyətdə onun yaxın təqibçisi komanda yoldaşı Barrikello hər iki yarışda qalib gəlsə belə xallar bərabər olacaq (91), amma qələbələrin sayı Censonun xeyrinə olacaq (6:4).

Batton digər namizədlərin aşağıdakı şərtləri yerinə yetirmədikləri halda da titulu qazanacaq:

2. Rubens Barrikello. Son iki yarışda mütləq ələbə qazanmalıdır, bu halda Censon yarışlardan birində 6-cı yerdən, digərində isə 7-ci yerdən yuxarı qaxmamalıdır.

3. Sebastyan Fettel. Son iki yarışda mütləq ələbə qazanmalıdır, bu halda Censon yarışlardan birində 7-ci yerdən, digərində isə 8-ci yerdən yuxarı qaxmamalıdır, Rubens isə istənilən nəticəni göstərə bilər.

Censon Batton artıq Braziliyada aşağıdakı şərtlər daxilində tiulu qazana bilər:

1. Podium qazanarsa.

2. Əgər 4-cü və ya 5-ci olarsa, Barrikello isə 2-ci yerdən yuxarı olmasa.

3. Əgər 6-cı və ya 7-ci olarsa, Barrikello 3-cü yerdən, Fettel isə 2-ci yerdən yuxarı olmasalar.

4. Əgər 8-ci olarsa, Barrikello 4-cü, Fettel isə 3-cü yerdən yuxarı olmasalar.

5. Xal qazanmasa, Barrikello 5-ci, Fettel isə 3-cü yerdən yuxarı olmasalar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çempionatda qalib gəlməyin zəruri şərtləri

Sinqapur Qran Prisindən sonra titula namizədlərin sayı üçə düşüb – Mark Uebber titulu qazanamq şanslarını itirib. Yerdə qalmış üç sürücünün […]

Sinqapur Qran Prisindən sonra titula namizədlərin sayı üçə düşüb – Mark Uebber titulu qazanamq şanslarını itirib. Yerdə qalmış üç sürücünün bu il titul qazanmaq şərtlərini nəzərdən keçirək…

1. Censon Batton: Mövsümün yerdə qalan üç yarışından birində qalib gəlmək və digərində altıncı yerdən aşağı olmamaq şərtilə finiş görmək kifayətdir. Əgər bu zaman Rubens Barrikello yerdə qalan iki yarışda qələbə qazansa və Censonun qazandığı yarışda ikinci olsa belə, eyni xal toplasalar da (97) qələbələrin sayı britaniyalı sürücünün xeyrinə olacaq (7:4).

Aşağıdakı şərtlər yerinə yetirilməsə də Batton titul qazanacaq…

2. Rubens Barrikello: Yerdə qalmış bütün yarışlarda qələbə qazanmaq lazımdır və bu zaman Batton bir yarışda 5-ci və ya daha aşağı, iki yarışda isə 4-cü və ya daha aşağı nəticə göstərməlidir.

3. Sebastyan Fettel: Yerdə qalmış bütün yarışlarda qələbə qazanmaq lazımdır və bu zaman Batton üç yarışda 3 xaldan çox toplamamalıdır, Barrikello isə bütün yarışları 3-cü yerdən yuxarı başa vurmamalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çempionatda qalib gəlməyin zəruri şərtləri

İtaliya Qran Prisindən sonra titula dörd namizəd təyin olub: Censon Batton, Rubens Barrikello, Sebastyan Fettel və Mark Uebber. Hər bir […]

İtaliya Qran Prisindən sonra titula dörd namizəd təyin olub: Censon Batton, Rubens Barrikello, Sebastyan Fettel və Mark Uebber. Hər bir sürücüyə bu mövsüm titul qazanması üçün zəruri olan şərtləri nəzərdən keçirək…

1. Censon Batton. Mövsümün yerdə qalan dörd yarışından ikisində qalib gəlmək, birində yeddinci olmaq kifayətdir. Bu halda onun ən yaxın izləyicisi komanda yoldaşı Rubens digər iki yarışda qələbə qazansa, Battonun udduğu iki yarışda isə ikinci olsa, onların hər ikisinin 102 xalı olacaq, amma qələbələrin sayı Battonun xeyrinə olacaq – 8:4.

2. Rubens Barrikello. Yerdə qalan bütün dörd yarışda qalib gəlmək lazımdır, bundan sonra dörd yarışdan heç olmasa birində Battonun 8-ci və ya daha aşağı yer tutması lazımdır.

3. Sebastyan Fettel. Yerdə qalan bütün dörd yarışda qalib gəlmək lazımdır, bu zaman Censon yalnız bir dəfə 5-ci ola bilər, digər yarışlarda isə daha aşağı yerləri tutmalıdır, Rubens isə iki dəfə ikinci və iki dəfə də üçüncü yerdən yuxarı olmamalıdır.

4. Mark Uebber. Yerdə qalan bütün dörd yarışda qalib gəlmək lazımdır, bu zaman Censon üç yarışda altıncı və bir yarışda yeddinci yerdən aşağı olmalıdır, Rubens üçüncü yerdən yuxarı olmamalıdır, Sebastyan isə hər bir yarışda Markdan sonra ikinci olsa belə, komanda yoldaşına çata bilməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*