24 Sentyabr 2017, Bazar - 09:11

C.Battonun ikinci ardıcıl qələbəsi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:40 - 07 Aprel, 2009

Censon Batton bu gün Malayziya Qran Prisində qələbə qazanıb, uğursuz starta, çətin hava şəraiti və komandanın qəbul etdiyi səhv taktiki […]

Censon Batton bu gün Malayziya Qran Prisində qələbə qazanıb, uğursuz starta, çətin hava şəraiti və komandanın qəbul etdiyi səhv taktiki seçimlərə baxmayaraq, britaniyalı sürücü yarışın rəsmi dayandırıldığı an finiş xəttini birinci keçib. Leysan yağış üznüdən yarış dayandırıldığına və yarış məsafəsinin 75%-dən azı qət edildiyi üçün Batton cəmi 5 xal qazanıb…

Censon Batton: “Bu həqiqətən maarqlı yarış idi! Mən pis start aldım, məncə, təkərlər yaxşı qızmadığından belə oldu, yarışın əvvəlində mən izafi dönüşlüklə mübarizə aparırdım, sonra vəziyyət düzəldi və mən əvvəl 4-cü yerə, sonra isə 3-cü yerə çıxdım. Pit-stopdan sonra isə birinci oldum. Maşın çox sürətli idi və mən ondan çox razıyam.

Sonra isə yağış başlandı və düzgün təkər seçimi etmək çox çətin idi. Biz əvvəl güclü yağış təkəri seçdik, təkər çox tez dağıldı, sonra biz gördük ki, məndən arxada Timo Qlok keçid təkərlərlə sürətlə mənə yaxınlaşır, ona görə də biz onun kimi etdik. Keçid təkərlər cəmi bir dövrə vurduqdan sonra yağış gücləndi və mən yenidən təkər dəyişməyə yollandım. Amma yaratdığım fərq elə böyük idi ki, mən yenə də lider qaldım.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 92
Teqlər
Paylaş

logo