C.Batton tənqidə cavab verib

Censon Batton Renault komandasının başçısı Flavio Briatorenin Brawn GP komandasının sürücülərini qiymətlənidirməklə qəzetlərə verdiyi müsahibəsinə cavabını səsləndirib. Briatore FİA-nın ikili […]

Censon Batton Renault komandasının başçısı Flavio Briatorenin Brawn GP komandasının sürücülərini qiymətlənidirməklə qəzetlərə verdiyi müsahibəsinə cavabını səsləndirib. Briatore FİA-nın ikili diffuzorları leqal hesab etdiyi qərarından sonra hirslənib və hesab edib ki, Brawn GP çempionatda haqsız yerə qazandığı üstünlüyə görə dominantlıq edəcək. Bundan başqa o komandanın sürücüləri Censon Batton və Rubens Barrikellonu da tənqid edib. Censon cavab addımı atıb…

Censon Batton: “Çox güman ki, o bu diffuzor hadisəsindən sonra çox hirslənib və Renault-nun bizim maşın kimi süərtli maşını olmaması ona çox toxunur.

Biz ona görə rəqabətədavamlı şassi qurmuşuq ki, komandanın Brəklidəki bazasında çox istedadlı mütəxəssislər çalışırlar, onlar çətin vəziyyətdə gərgin işləyirdilər. İndi isə Flavionun dedikləri ədalətsizlikdir. Sadəcə o həyacanlıdır, həm də Briatore yəqin unudub ki, mövsümün əvvəlində o məni öz komandasına dəvət edirdi.”

Battondan jurnalistlər soruşublar ki, bəs Briatorenin sözlərini Brawn GP komandasında necə qəbul ediblər, Batton deyib: “Hamı oxuyub gülüşrdü.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*