C.Batton rəfiqəsinə görə narahat olub

Cümə günü səhər Yaponiyada güclü zəlzələnin olması xəbərindən sonra Censon Batton narahat anlar yaşayıb – britaniyalı sürücü bir neçə saat […]

Cümə günü səhər Yaponiyada güclü zəlzələnin olması xəbərindən sonra Censon Batton narahat anlar yaşayıb – britaniyalı sürücü bir neçə saat ərzində rəfiqəsi Cessika Miçibatanın taleyi haqqında heç nə bilməyib.

Censon Batton: “Mən Cessikaya zəng edə bilmirdim, çünki Yaponiyada telefon rabitəsi dağılmışdı. Yaxşı ki, Twitter var, məlum oldu ki, Cessika qaydasındadır.

O məndən soruşdu ki, “testlər necə gedir?”, mən isə cavab verdim ki, “əzizim, indi bu elə də vacib deyil, özün necəsən?”.

Mənim fikrim Yaponiyadadır, axı belə bədbəxt hadisələr baş verəndə, avtoidman və bizim bütün problemlərimiz ikinci plana keçir.

Amma deməliyəm ki, yeni mövsüm ərəfəsində biz heç də yaxşı formada deyilik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*