C.Batton: “Mövsümün əvvəlində qələbə qazanmaq çox vacibdir”

Censon Batton komanda yoldaşını startda qabaqlayaraq yarışın gedişinə tam nəzarət edib və inamlı qələbə qazanıb. Finişdə britaniyalı sürücü bildirib ki, […]

Censon Batton komanda yoldaşını startda qabaqlayaraq yarışın gedişinə tam nəzarət edib və inamlı qələbə qazanıb. Finişdə britaniyalı sürücü bildirib ki, bu, onun karyerasında mövsümün ən yaxşı başlanğıcıdır…

Censon Batton: “Mövsümün əvvəlində qələbə çox vacibdir. Dünən mən poul uğrunda mübarizədə Lyuisə bir az uduzdum, bu gün isə yarışda qələbə qazandım – mövsüm çox əla başlayıb, yaxın Qran Prilərdə biz güclü olmalıyıq – buna görə komandaya minnətdaram.

Mən Malayziyaya çempionatın lideri kimi gələcəm – bu gün qələbəni ailəmlə, dostlarımla bayram edəcəm, sabahdan bütün diqqətimi yarışa yönəldəcəm.

Trasa Təhlükəsizlik Maşını çıxanda bir az həyəcanlandım, axı buna qədər mənim üstünlüyüm 10 saniyəyə çatmışdı və özümü rahat hiss edirdim. Hava da soyuyurdu, ona görə də təkərlərin zəruri temperaturunu saxlamaq çətin idi, amma mən bunu edə bildim – bərk təkərləri qızdırdım, yanacağa qənaət etdim və restartım uğurlu alındı. Bundan sonra vəziyyətə nəzarəti yenə ələ aldım – fantastik gündür!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*