C.Batton: “Mənim vəzifəm vəziyyəti çətinləşdirməm&

Bu gün Censon Batton jurnalistlərə İnterlaqos yarışı ərəfəsində təəssüratlarından danışıb… Censon Batton: “Vəziyyət dəyişib, Yaponiya və ya əvvəlki yarışlara nisbətən […]

Bu gün Censon Batton jurnalistlərə İnterlaqos yarışı ərəfəsində təəssüratlarından danışıb…

Censon Batton: “Vəziyyət dəyişib, Yaponiya və ya əvvəlki yarışlara nisbətən indi özümü rahat hiss edirəm – rəqiblərim məni qabaqlamalıdırlar, əks halda mən artıq San Pauluda çempion ola bilərəm. Mənim bu trasdan çox xoşum gəlir, mən bilirəm ki, Rubens həmişə burda çox sürətli olur, amma mənim də bu trasda yaxşı nəticələrim olub.

Yeganə məchul – Red Bull-un sürətidir, biz bilmirik ki, onlar nə dərəcədə rəqabətədavamlı olacaqlar, amma mənim bu mübarizədən xoşum gəlir. Hava proqnozu yağış vəd edir, mənim vəzifəm vəziyyəti çətinləşdirməməkdir.

Mən xal hesablamağa çalışmıram, riyaziyyatla məşğul olmuram. Bir neçə gün əvvəl mühəndisim mənim titul şansımdan danışırdı, mən isə ona dedim ki, biz hər şeyi edəcəyik və mən yarışın finişindən sonra xalları sayacam.

Vəziyyət doğrudan da dəyişib. Biri var ki, sən mütləq ələbə qazanmalısan, amma indi mənə sadəcə dörd xal toplamaq kifayətdir. Təkrar edirəm ki, məni xal qazanmaq düşündürmür və yarışdan ləzzət almaq istəyirəm. Əsas odur ki, axmaqlıq etməyim. Mənim rəqiblərim isə risk etməyə məcburdurlar, onlar daha çox xal toplamalıdırlar, onlar üçün bu yarış həqiqətən daha vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*