C.Batton: “Mən titulu qorumaq üçün hər şey edəcəm”

Çin Qran Prisi ərəfəsində Censon Batton jurnalistlərlə mövsümdə qarşısında duran vəzifələrdən danışıb. Hazırkı çempionun məqsədi titulunu qorumaqdır… Censon Batton: “Çempionatda […]

Çin Qran Prisi ərəfəsində Censon Batton jurnalistlərlə mövsümdə qarşısında duran vəzifələrdən danışıb. Hazırkı çempionun məqsədi titulunu qorumaqdır…

Censon Batton: “Çempionatda mübarizə olduqca sıxdır və bu bizim idman üçün yaxşıdır. Əlbəttə, mən titulu qorumaq üçün hər şey edəcəm – çempionatda iki ardıcıl titul qazanmış il britaniyalı sürücü olmaq istəyirəm. Belə vəziyyətdə səhvə yol verməmək çox vacibdir – inanıram ki, Malayziyada sıralanma turunda buraxdığımız səhv təkrar olunmayacaq.

Hazırda McLaren-in, Reв Bull-un, Mercedes GP-nin və Ferrari-nin bütün sürücüləri titulq azanmaq şansına malikdirlər, hər bir kəs qələbəyə ümid edir, Avropada isə Mercedes GP-nın ciddi inkişafını görəcəyik – Brawn GP-dəki təcrübəmə görə bilirəm ki, bu komanda nə dərəcədə güclüdür. Mənə elə gəlir ki, Mixael Şumaherin bu mövsüm qələbə qazanması zamanın məsələsidir.

Mənim üçün Avstraliyada qələbə qazanmaq çox vacib idi, bir daha təsdiq etdim ki, komandamı dəyişməklə düzgün qərar qəbul etmişəm. Biz hələ MP4-25-i öyrənirik – Şanxayda kimin qalib gələcəyini bilmirəm, amma əminəm ki, biz ilk cərgələrdə mübarizə aparacayıq. Qələbə üçün hər şeyi düzgün etmək vacibdir – uik-endi ideal keçirmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*