C.Batton: “Mən qələbəyə ümid edirdim”

İkinci yerdən start alan Censon Batton Monakoda finiş xəttini üçüncü keçib və jurnalistlərə bildirib ki, yarışda qələbə qazanmasına ümid edirmiş… […]

İkinci yerdən start alan Censon Batton Monakoda finiş xəttini üçüncü keçib və jurnalistlərə bildirib ki, yarışda qələbə qazanmasına ümid edirmiş…

Censon Batton: “Biz müəyyən strategiya seçmişdik və buna əməl edirdik. 16-cı dövrədə biz hesab edirdik ki, fərqi açmaq lazımdır – biz bunu edə bildik, maşın sürətli idi, mən sükan arxasında özümü yaxşı hiss edirdim və ümid edirdim ki, finişə qədər mövqeyimi qoruya biləcəm. Təhlükəsizlik Maşınının trasa çıxması bizim planları pozdu, indi düşünürəm ki, biz yumşaq təkərlərə keçməli idik.

Bu gün bizim üçün hər şey istədiyimiz kimi alınmadı. Çox təəssüf, axı mən heç bir səhvə yol vermədim. Yarış xoşuma gəldi, xüsusən də sonda – mən liderlərdən çox geri qalsam da, sürətlə onlara çatdım. Mən üçüncü gedirdim, irəlidə olan sürücülərin mübarizəsini gözləyirdim, amma hər şey başqa cür alındı. Üçüncü yer pis nəticə deyil, amma mən qələbəyə ümid edirdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*