C.Batton: “Hələlik biz sürətli deyilik”

Brawn GP komandasının sürücüləri bu gün 17 və 18-ci yerləri tutublar, amma çempionatın lideri Censon Batton etiraf edib ki, soyuq […]

Brawn GP komandasının sürücüləri bu gün 17 və 18-ci yerləri tutublar, amma çempionatın lideri Censon Batton etiraf edib ki, soyuq hava üzündən maşın kifayət qədər sürətli deyil. Censon hesab edir ki, bugünkü nəticələrə etibar etməyə dəyməz, çünki sıralanma turundan sonra qüvvələr nisbəti başqa cür olacaq…

Censon Batton: “Birinci sessiya çətin oldu, biz planlarımızı yerinə yetirə bilmədik, amma nəm trasda bəzi sazlanmaları yoxladıq. Lakin bu da pis təcrübə deyildi, çünki Spa uik-endi zamanı yağışın yağma ehtimalı çox böyükdür.

İkinci sessiya daha məhsuldar oldu. Biz aerodinamikanın işini təhlil etdik, asfalta yatma qüvvəsinin səviyyəsini və təkərlərin effektliyini qiymətləndirdik. Biz çoxlu məlumat topladıq, amma bir şey aydındır ki, biz hələlik istədiyimiz kimi sürətli deyilik. Maşının balansını yaxşılaşdırmalıyıq. Amma sıralanma turunda vəziyyət dəyişəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*