C.Batton: “Heç Mixaeldən gözləməzdim”

Censon Battonun sözlərinə görə, o Mixael Şumaherin manevrindən narazı qalıb – britaniyalı sürücü pit-stopdan qayıdarkən Mixael onun qarşısını sərt kəsib […]

Censon Battonun sözlərinə görə, o Mixael Şumaherin manevrindən narazı qalıb – britaniyalı sürücü pit-stopdan qayıdarkən Mixael onun qarşısını sərt kəsib və irəli buraxmayıb. Batton ilişmə muftasındakı problemlər üzndən pit-leyndə ləngiyib, trasa çıxıb birinci döngəyə çatdıqda isə Mixael xarici trayektoriya ilə onu qabaqlayıb…

Censon Batton: “Mən Mixaelin maşınının harda olmasını görmürdüm, sadəcə öz yolumla döngəyə doğru gedirdim. Birdən Mixael mənim qarşımda peyda oldu və döngəyə girdi, əgər mən əyləci basmasaydım, biz toqquşa bilərdik – heç Mixaeldən gözləməzdim, o mənə, ümumiyyətlə, yer qoymadı. Çempionatın ən təcrübəli sürücüsü hər şeyi başa düşməlidir, amma bu manevr düzgün deyildi.

Barselonada ötmək çox çətindir və Mxiael bilir ki, maşını trasda elə sürmək lazımdır ki, keçmək mümkün olmasın, ona görə də belə trasda onu ötmək heç mümkün deyil. O hər döngədə daxili trayektoriyanı seçirdi və mən onu keçə bilmirdim, çünki hər dəfə mənə xarici trayektoriyanı saxlayırdı. O bir dəfə də olsun səhvə yol vermədi, bu isə məni məyus etdi.

Beşinci yer pis deyil, hərçənd, maşın bu gün çox sürətli idi. Təəssüf ki, mən maşının sürətli imkanlarından istifadə edə bilmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*