C.Batton: “Ən vacib birinci dövrə oldu”

Dünən sıralanma turundan sonra elə təəssürat yaranırdı ki, Bəhreyn Qran Prisində qələbə ya Toyota sürücülərindən birinə, ya da Sebastyan Fettelə […]

Dünən sıralanma turundan sonra elə təəssürat yaranırdı ki, Bəhreyn Qran Prisində qələbə ya Toyota sürücülərindən birinə, ya da Sebastyan Fettelə qismət olacaq – Brawn GP maşınları sıralanma turunda yavaş görünürdülər. Fettel və və yarno Trulli həqiqətən podiuma qalxa biliblər, amma təqdimat mərasimində yenə də Böyük Britaniyanın himni çalınıb – mövsümdə üçüncü qələbəsini Censon Batton qazanıb. Mətbuat konfransında dördüncü yerdən start almış britaniyalı sürücü qeyd edib ki, onun üçün əsas start anı idi…

Censon Batton: “Yarış çətin oldu, düzdür, mən məsafənin böyük bir hissəsini liderlik etdim. Uik-endin əvvəlində bizə sürət çatmırdı, hesab edirəm ki, rəqiblərimiz bizə çatıblar, bəlkə də bizi keçiblər. Mən bilirdim ki, ən vacib birinci dövrə olacaq, çünki Fettel məndə sonra pitə girməli idi. Bizdə hər şey alındı – startda onu qabaqladım, ümumiyyətlə, yarışdan həzz aldım.

Lyuis Həmiltonu ötmək çətindir, amma ilk dövrədə o bir neçə səhvə yol verdi. Sonuncu döbgədə mən daxili trayektoriyanı tutdum və düşündüm ki, start-finiş düzlüyünün sonunda ona çata bilərəm. Amma o KERS-i basdı və məndən aralandı, amma mən yenə də ilk döngədə slip-strimlə onu keçə bildim. Bu ötmə yarışın həlledici anı oldu.

Bu ən yaxşı qələbə oldu, çünki artıq Brawn GP-nin ilk yarışlarda olduğu qədər üstünlüyü qalmayıb, dördüncü yarışa maşında bir çox detallar yenilənməlidir, ona görə də bazaya qayıdan kimi biz BGP001-in yenilənməsi ilə məşğul olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*