C.Batton: “Əgər startda problemlər olmasaydı…”

Censon battonun fikrincə, əgər startda problemləri olmasaydı, İspaniya Qran Prisində daha yaxşı nəticə göstərə bilərdi. Beşinci yerdən start alan britaniyalı […]

Censon battonun fikrincə, əgər startda problemləri olmasaydı, İspaniya Qran Prisində daha yaxşı nəticə göstərə bilərdi. Beşinci yerdən start alan britaniyalı sürücü birinci dövrəni yalnız onuncu yerdə başa vurub, amma yarışın sonunda podiumun aşağı pilləsinə düşə bilib…

Censon Batton: “Birinci dövrə dəhşət oldu, pis start almadım, amma düzlüyün sonunda əylənmə nöqtəsində məni 3-4 maşın keçdi, üçüncü döngədə eyni hal təkrar olundu. Yarışın əvvəli məni məyus etdi, həm də mən öndəki maşınları keçə bilmirdim.

Amma pit-stopdan sonra boş trasa düşdüm və sürətimi yüksəltdim. Yarışın davamı əla alındı və mən çox şadam ki, podiuma qalxa bildim. Bu sübut edir ki, biz əbəs yerə işləməmişik, bizim taktika düzgün idi – amma startda problemlər olmasaydı, neçənci ola bilərdim, bunu bilmək çox maraqlı olardı…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*