C.Batton: “Çox gülməli idi”

Bu gün Censon Batton sıralanma turunda yalnız üçüncü ola bilib, o poul qazanmış Mark Uebberə və öz komanda yoldaşı Rubens […]

Bu gün Censon Batton sıralanma turunda yalnız üçüncü ola bilib, o poul qazanmış Mark Uebberə və öz komanda yoldaşı Rubens Barrikelloya uduzub, amma britaniyalı sürücü göstərdiyi nəticədən razı qalıb və bildirib ki, onun əsas vəzifəsi son sessiyaya keçmək olub…

Censon Batton: “İkinci sessiya dəlicəsinə alındı, lap gülməli idi! Biz təkərləri lazımi qədər qızdıra bilmirdik, nəm asfaltda bunu etmək çox çətindir.

Sabahkı yarış maraqlı olacaq: hava proqnozu elə bugünkü kimi hava vəd eidr – quru, yağış, yenə quru və yenə yağış. Bir az bəxt lazım olacaq, həm də rəqiblərin taktikasını izləmək lazım gələcək. Startı səbirsizliklə gözləyirəm, bu gün isə sıralanma turunun son sessiyasına keçmiş hər bir sürücünü bəxtəvər adlandırmaq olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*