C.Batton Brawn GP ilə danışıqlara hazırdır

Dünya çempionu Censon Batton Braziliya Qran Prisindən Londona qayıtdıqdan sonra jurnalistlərə bildirib ki, Brawn GP komandası ilə danışıqlar aparmağa hazırdır, […]

Dünya çempionu Censon Batton Braziliya Qran Prisindən Londona qayıtdıqdan sonra jurnalistlərə bildirib ki, Brawn GP komandası ilə danışıqlar aparmağa hazırdır, çünki bu komandada qalmaq istəyir…

Censon Batton: “Hər şeydən əvvəl, mən gələn il rəqabətədavamlı maşının sükanı araxsına oturmaq istəyirəm, mənə qələbə qazanamağa imkan verən maşın lazımdır. Bu il mən məhz belə maşın almışdım və bu mənim xoşuma gəldi.

Mən yeni komanda axtarmaq istəmirəm, çünki Brawn GP də mənə yaxşı maaş vəd edir. Mən burda qalmaq istəyirəm, amma biz hələlik müqaviləni müzakirə etməmişik və bu düzgündür, çünki bütün fikrimiz çempionatda mübarizəyə yönlənmişdi.

Amma bir neçə gündən sonra biz danışıqlara başlaya bilərik. Sözsüz ki, mən müəyyən tələblər irəli sürəcəm, amma mənim tələblərim elə də böyük deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*