C.Batton: “Biz bu şansdan istifadə etməliyik”

Censon Batton bu il 10 yarışdan altısında qalib gəlib, amma son üç yarışda rəqiblər daha güclü inkişafa nail olublar və […]

Censon Batton bu il 10 yarışdan altısında qalib gəlib, amma son üç yarışda rəqiblər daha güclü inkişafa nail olublar və çempionatın lideri son üç yarışda heç podiuma qalxa bilməyib. BBC Radio Five Live radiosuna müsahibəsində Censon şansından və ondan istifadədən danışıb…

Censon Batton: “Şans olan kimi ondan istifadə etmək lazımdır. Bu il mənim tiul uğrunda mübarizədə ən yaxşı şansım var, Formula1 karyeramda ən yaxşı maşını almışam. İkinci belə şansım olmaya bilər, ona görə də biz bütün diqqətimizi işimizə yönəltməliyik, hər bir yarışda vəziyyətdən maksimum yararlanmalıyıq.

İndi mən liderəm, birinci yer çox xoşdur, amma son üç yarış gözlədiyimizdən çətin alınıb. Bu çətinlikləri soyuq hava ilə izah etmək oalr. Hətta Macarıstanda bazar günü əvvəlki günlərə nisbətən soyuq idi, amma səbəb bizdədir – biz istənilən hava ilə mübarizə aparmalıyıq. Əgər bu problem həll olunmasa, Red Bull tezliklə bizə çatacaq – onlar həm isti, həm də soyuq havada sürətlidirlər.

Bizim məqsədə çatmaq üçün pulumuz və zəruri texniki resurslarımız var, amma bu il komandalar çox sürətlə inkişaf edirlər və bu sürətə münasib olmaq lazımdır. Komandanın çətin anları arxada qalıb, məncə, biz bu problemləri də həll edə bilərik. Artıq Valensiyada mübarizəyə qayıtmaq lazımdır. Yalnız xal qazanamq artıq kifayət etmir, biz Red Bull-u qabaqlamalıyıq.

Mixael Şumaherin qayıtması bizim idman üçün xoş xəbərdir, hərçənd o Massa ilə bağlı hadisədən sonra qayıdır. Çünki Felipe ağır qəzaya uğramışdı və Ferrari-nin bəxti gətirib ki, Mixael dəvət etmək imkanları var. İstənilən halda Şumaher çox sürətlidir, inanmıram ki, o arxada gedəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*