Caterham komandası Xeresdə qalıb

Xeres testlərini başa vurduqdan sonra Formula1 komandaları öz bazalarına qayıdıblar, yalnız Caterham komandası Xeresdə qalıb: şənbə günü komanda reklam çarxlarının […]

Xeres testlərini başa vurduqdan sonra Formula1 komandaları öz bazalarına qayıdıblar, yalnız Caterham komandası Xeresdə qalıb: şənbə günü komanda reklam çarxlarının çəkilişi üçün avtodromu icarəyə götürüb. Komandanın mətbuat xidməti bildirib ki, testlər şəxsi xarakter daşıdığı üçün avtodroma jurnalistlər və azarkeşlər buraxılmayıb.

Heykki Kovalaynen isə Twitter-dəki mikrobloqunda yazıb: “Bəlkə də mən hələ həyatımda təkərlərdən bu qədər tüstü çıxarmamışdım! Bu gün səhər çox soyuq idi, təkərlər də soyuq olduğu üçün istənilən ötürmədə yerində fırlanırdı!

Amma qolf üçün əla havadır – Formula1 maşınının sükanı arxasında oturmaq da pis deyil. Biz bu gün çəkilişlərlə məşğuluq, vaxtımız şən keçəcək!”

Çəkilişlər zamanı Heykki CT01-dən başqa SP300R idmanprototipinin sükanı araxsında da oturacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*