18 Oktyabr 2017, Çərşənbə - 00:29

C.Askanelli Formula1-ə qayıtmağa hazırlaşır

C.Askanelli Formula1-ə qayıtmağa hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:43 - 16 Yanvar, 2013

Keçən il Toro Rosso komandasının texniki direktoru vəzifəsini tərk etmiş Corcio Askanelli Formula1-ə qayıtmağa hazırlaşır. İtaliyanın Autosprint jurnalı yazıb ki, […]

Keçən il Toro Rosso komandasının texniki direktoru vəzifəsini tərk etmiş Corcio Askanelli Formula1-ə qayıtmağa hazırlaşır.

İtaliyanın Autosprint jurnalı yazıb ki, Askanelli komandadan onun başçısı Frants Tostla olan fikir ayrılığına görə gedib. Amma Corcio yenidən işləməyə hazırdır, lakin söhbət Ferrari-dən getmir, hərçənd, şayiələr gəzirdi ki, Askanelli məhz həmyerliləri ilə danışıqlar aparıb.

Askanellinin karyerası 80-ci illərin ortasından başlayıb: o Gerhard Bergerin yarış mühəndisi idi və avstriyalı sürücü ilə əvvəlcə Benetton-da, sonra McLaren-də işləyib. McLaren-də Ayrton Senna ilə də əməkdaşlıq edib.

90-cı illərin ikinci yarısında Askanelli Ferrari-də çalışıb və onun komandanın indiki texniki direktoru Pət Frayla çox sıx dostluq münasibətləri var. Buna baxmayaraq, Autosprint-in fikrincə, italiyalı mütəxəssis Maranelloya qayıtmağı planlaşdırmır, amma onun hansı komanda ilə müqavilə bağlaması hələ məlum deyil…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 147
Teqlər , , , , , , , , ,
Paylaş

logo