C.Askanelli: “Fettelə güclü komanda yoldaşı lazım deyil”

Əfsanəvi mühəndis Corcio Askanelli müxtəlif vaxtlarda iki dünya çempionunun yarış mühəndisi olub – McLarendə Ayrton Sennanın, Toro Rosso-da isə Sebastyan […]

Əfsanəvi mühəndis Corcio Askanelli müxtəlif vaxtlarda iki dünya çempionunun yarış mühəndisi olub – McLarendə Ayrton Sennanın, Toro Rosso-da isə Sebastyan Fettelin. Hazırda italiyalı mütxəssis Toro Rosso-nun texniki şöbəsinə başçılıq edir. Sport Bild-in jurnalistləri Corciodan ən yaxşı sürücünün adını çəkməyi xahiş ediblər…

Corcio Askanelli: “Həyatımda iki dəfə mən ideal sürücülərlə işləmişəm – birinci dəfə Senna ilə, ikinci dəfə isə Fettellə. Mixael Şumaher? O çox yaxşıdır, amma Mixael özü üzərində ciddi işləyirdi ki, belə yüksək səviyyədə çıxış edə bilsin, amma Senna və Fetteldə hər şey öz-özünə alınırdı.

Trasda Ayrton Senna çox vaxt sərt olurdu – bu, sürücü üçün normaldır, amma həyatda yaxşı insan idi. Sebastyan da belədir.

Yaxşı və güclü komanda yoldaşı sənə çox şey öyrədə bilər – Prostda Lauda var idi, Şumaherdə Pike, Hakkinendə Senna, amma Fettelə təcrübəli komanda yoldaşı lazım deyil ki, nəsə öyrənsin və nəticələri müqayisə etsin – Seb özü məqsədlər və vəzifələr qoyur, özü də onları həll edir. Bu nadir tapıntıdır. Fettelin çıxış etdiyi hər bi komanda onunla qələbə qazanmağa başlayır. 2008-ci ildə Toro Rosso Fettelin sayəsində Red Bull-dan güclü idi.

Alonso? Mövsümün əvvəlində Fernando mənə çempionatda çıxış edən sürücülər arasında ən yaxşı sürücü kimi görünürdü, amma indi mən Sebastyanı belə sürücü hesab edirəm – mövsümün ilk üç yarışındakı çıxışı ciddi inkişafdan xəbər verir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*